Daşkəsəndə kənddə köynəksiz gəzməyin axırı bıçaqlanma oldu
14-08-2015, 12:13
Oxunub: 5 677
Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Alaxançanlı kəndinə qeydə alınıb
Daşkəsən rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, Alaxançanlı kənd sakini 1978-ci il təvəllüdlü Hikmət Nəsrəddin oğlu Namazov ailəsi ilə birlikdə kənd ərazisindəki yolla gedərkən, yolun kənarında dayanmış 1977-ci il təvəllüdlü Gəncə şəhər sakini Taleh Abbas oğlu Məmmədovla aralarında mübahisə yaranıb.
Mübahisəyə səbəb isə Gəncə sakininin kənd ərazisində üst geyimsiz dolaşması olub.
Hikmət Namazov Taleh Məmmədova, “mən ailəmlə gəlirəm, sən isə qadın, qız gözləmədən paltarsız dolaşırsan” - deyə iradını bildirib. Danlağı qəbul edə bilməyən T. Abasov əlindəki bıçaqla H. Namazovun üz nahiyəsindən zərbə endirib.
Yaralını dərhal Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriblər.
Hazırda vəziyyəti orta ağırdır.
Hadisəni törətməkdə şübhəli bilinən Taleh Məmmədov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (aktual.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər