Mərhum prezidentin qızı ölkəsində ən zəngin adamdır
14-08-2015, 13:02
Oxunub: 4 140
ABŞ-da dərc olunan ispandilli “Diario Las America” qəzeti sensasion məlumat yayıb
Modern.az xarici agentliklərə istinadən xəbər verir ki, qəzet Venesuelanın mərhum prezidenti Uqio Çavesin qızı Martiya Qabriela Çavesin ən zəngin venesulealı olduğnu idda edib.
Florida ştatının Mayami şəhərində dərc olunan “Diario Las America” prezident qızının 4 milyard 197 milyon dollar varidat sahibi olduğunu və bu pulların əksəiyyətinin ABŞ ilə Andorra banklarında saxlandığını sübut edən sənədləri dərc edib.
Bu varidat Venesuelanın ən zəngin şəxsi sayılan telekommunikasiya maqnatı Qustavo Çisnerosun sərvətindən çoxdur. Çisnerosun 3,6 milyard, 3-cü pillədə olan sənayeçi Lorenso Mendosanın isə 2,7 milyard dollar sərvəti var.
Martiya Qabriela Çaves 1980-ci ilin mart ayında Uqo Çaves və onun 1-ci həyat yoldaşı Nensi Kolmenaresin ailəsində dünyaya göz açıb. 1992-ci ilə qədər davam edən nikah zamanı onların Rosa Virxiniya adlı qızı və Uqo Rafael, Raul Alfonso adlı oğul övladlaır da doğulmuşdu.
Venesuela lideri 2002-ci ildə boşandığı Marisabel Rodriqes Oropesadan Rosines adlı qız övladına da sahibdir. 2014-cü ilin martında prezident postunda onu əvəzləyən Nikolas Maduro Çavesin nikahdankənar övladlarının da olduğunu demişdi. Belə ki, xərçəng xəstəilyindən vəfat edən Uqo Çaves 2009-cu ildə stüardessa Nidiya Faxardo ilə münasibətlərdən Sara Manuel və 2006-cı ildə isə Beksi Sequra ilə münasibətlərdən Xenesis Martiya adlı qız övladlarının bioloji atası olub.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər