BolgeXeber.Com » Xəbərlər » Nə yediyimizin fərqinə varmaq zorundayıq... - "Səhliyalı" süfrəmizə haram qatır?

Nə yediyimizin fərqinə varmaq zorundayıq... - "Səhliyalı" süfrəmizə haram qatır?

14-08-2015, 13:12
Oxunub: 3 222 Nə yediyimizin fərqinə varmaq zorundayıq... - "Səhliyalı" süfrəmizə haram qatır?Ölkəmizdə kolbasa və ət məhsulları istehsal edən bir neçə şirkət fəaliyyət göstərir

Lakin əksəriyyətinin fəaliyyətində ciddi nöqsanlar və çatışmazlıqlar hökm sürməkdədir. Bunlardan biri də “Səhliyalı” müəssisədir.BOLGEXEBER.COM gundelik-baku.com-a istinadən xəbər verir ki, sözügedən müəssisəylə bağlı redaksiyamıza tez-tez şikayətlər daxil olur.

Əldə etdiyimiz məlumata görə, orada hazırlanan məhsullar həddindən artıq keyfiyyətsiz və yararsızdır. Belə ki, mənşəyi bəlli olmayan ətdən istifadə edilir. Bu da insan orqanizmində müxtəlif fəsadların yaranmasına gətirib çıxarır. Bizə verilən məlumata görə, sözügedən müəssisədə gigiyenik qaydalara əməl olunmur. Xammalın saxlama yeri, istehsal sahəsi, eləcə də hazır məhsulların saxlanma yeri standartlara uyğun deyil.
Bundan əlavə kolbasa və sosiska məhsulları mövcud reseptə uyğun hazırlanmır. Məhsulların markalanması da tələblərə cavab vermir. Həm də məhsullara yararlılıq müddəti bitmiş duz və sair materiallar qatırlar. İstehlakçılar sözügedən müəssisənin istehsal etdiyi kolbasa və digər ət məhsullarının keyfiyyətindən razı qalmadıqlarını bildirirlər.
İstehlakçıların əksəriyyəti bildirir ki, aldıqları kimi də zibil qutusuna atmaqları bir olur. Kolbasadan xoşagəlməz dad hiss edən alıcılar dəfələrlə aldıqları kolbasadan imtina ediblər. Vətəndaşlar bildirirlər ki, əvvəllər kolbasanın dadından doymaq olmazdı: “Hər bir süfrənin bəzəyi idi. Lakin indi kolbasa və sosiska məhsullarından istifadə edən ailələrin sayı azalıb.
İnsanlar çalışdıqca belə məhsullardan az istifadə edirlər və yaxud da heç istifadə etmirlər. Bu da sözsüz ki, keyfiyyətsiz kolbasa və sosiska istehsal edən müəssisələrin ucbatından baş verir. Kolbasadan kolbasa dadı gəlmir. Tərkibinə o qədər qatqı qatırlar ki, bilmirsən kolbasa yeyirsən yoxsa, ədviyyat. Tərkibinə qatılan ədviyyatlar kolbasanın, eləcə də sosiskanın dadını tamam dəyişir. Təəssüf edirəm ki, bu hallarla üz-üzə qalmışıq. Əvvəllər belə hallara rast gəlmək mümkün deyildi”.
İstehlakçı şikayətləri artıbsa, artıq bu sahəyə nəzarət gücləndirilməlidir. İstər “Səhliyalı” müəssisəsi olsun, istərsə də digər kolbasa və ət məhsulları istehsal edən müəssisələr, hər birində ciddi yoxlamalara başlamaq lazımdır. Çünki hər gün artan şikayətlər onu deməyə əsas verir ki, bu sahədə vəziyyət dözülməz həddə çatıb. İnsanların sağlamlıqları təhlükə altındadır.
Sexlərdə, kolbasa və sosiskalar paylanan maşınlarda mütləq soyuducu olmalıdır. Proseslər bu standartlara uyğun davam etməlidir. Yoxsa, “Səhliyalı” müəssisəsində hər şey standartlardan kənar baş verir.
Kim harda necə istəyir hərəkət edə bilməz. Hər şey qayda-qanun cərçivəsində baş verməlidir. Ona görə də “Səhliyalı” kiçik müəssisəsi ilə bağlı qeyd olunan neqativ hallar dərhal araşdırılmalıdır.
Əks təqdirdə, firmanın istehsal etdiyi süd və ət məhsulları xeyli insanın sağlamlığına ciddi zərbə vura bilər. Ümid edirik ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, habelə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəsmiləri adıçəkilən firmada cərəyan edən qanun pozuntularının qarşısını alacaqlar.
Qeyd edək ki, Səhliyalı” müəssisəsi bir ailə firmasıdır. Belə ki, dörd qardaş ailə ənənəsini yaşatmaq üçün idarə etdikləri müəssisəyə babalarının adını veriblər. Məhsulların üzərində əks olunan “BS” loqotipinin açılışı isə belədir: Bəşir – ata, Səhliyalı – baba adıdır.
Qarşı tərəfi də dinləyə bilərik. Mövzunu diqqətdə saxlayacağıq.
BOLGEXEBER.COM