BolgeXeber.Com » Xəbərlər » "Diaqnoz" Tibb Mərkəzində vətəndaşlar necə aldadılır? İLGİNC

"Diaqnoz" Tibb Mərkəzində vətəndaşlar necə aldadılır? İLGİNC

14-08-2015, 13:15
Oxunub: 3 687 "Diaqnoz" Tibb Mərkəzində vətəndaşlar necə aldadılır? İLGİNCHazırda ən problemli sahələrdən biri səhiyyə sahəsidir

Səhiyyənin bərbad durumda olması bu sahəyə nəzarətin zəif olmasından irəli gəlir. Təəssüf ki, səhiyyə sahəsinə rəhbərlik edənlər buradakı çatışmazlıqları, nöqsanları görməzlikdən gəlirlər. Ona görə də hazırki dönəmdə ölkəmizdə xəstəliklərin sayı durmadan artır, hər gün ana və uşaq ölümlərinə rast gəlirik.

Xəstəliklər cavanlaşıb, erkən yaşda ölənlərin sayı çoxalıb. Bütün bunlara səbəb yanlış kadr islahatlarıyla bağlıdır. Təəssüf ki, artıq insanların dövlətin balansında olan xəstəxanalara etibarları yoxdur. Vətəndaşlar bacardıqca özəl tibb müəssisələrinə müraciət edirlər. Təəssüf ki, özəl tibb ocaqlarının əksəriyyətində problemlər yaşanmaqdadır. Onların da əksəriyyəti tibb ocağına müştəri topladıqdan sonra məsuliyyətsizlik nümayiş etdirirlər. Bunlardan biri də Ələddin Cabbarovun baş həkimi olduğu "Diaqnoz" Tibb Mərkəzidir. Sözügedən tibb müəssisəsi Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında yerləşir.

Laboratoriya, şüa-diaqnostika,ginekologiya, nevrologiya, stomatologiya, endokrinologiya, kardiologiya, LOR, fizioterapiya, qastroenterologiya, cərrahiyyə, oftalmologiya, urologiya, reanimasiya və intensiv terapiya, pediatriya, travmatologiya, təcili yardım, dəri-zöhrəvi, andrologiya, praktologiya, terapiya şöbələrinin fəaliyyət göstərməsinə baxmayaraq, xəstələr oranın işindən razı deyillər. Belə ki, tibb işçiləri xəstələrə yaxşı münasibət göstərmirlər. Orada çalışan personal keyfiyyətli xidmətdən qaçır. Bizə verilən məlumata görə, orada qiymətlər həddindən artıq bahadır. Oraya müayinəyə getmək üçün ən azı cibində 150-200 manat pul olmalıdır. Çünki xidmətlərin qiyməti o qədər yüksəkdir ki, adamın gözləri kəlləsinə çıxır. Təəssüf ki, xəstəxana rəhbərliyi xəstələrin qiymətlərdən narazı olduğunu bilsə də, bu vaxta qədər heç bir tədbir görməyib. Əsasən bu xəstəxanaya bölgələrdən daha çox üz tuturlar. Nəzərə alsaq ki, bölgələrdə vətəndaşların sosial durumu o qədər də ürəkaçan deyil. Ona görə də qiymətləri tətbiq edərkən bütün təbəqələrdən olan insanları nəzərə almaq lazımdır. Lakin "Diaqnoz" Tibb Mərkəzi qiymətləri sanki yüksək təbəqədən olan insanları nəzərə alaraq tətbiq edib. Bizə verilən məlumata görə, həmin xəstəxanada hazırda xəstə demək olar ki, az saydadır. Bütün bunlar oradakı xidmətin səviyyəsinin aşağı olmasıyla bağlıdır.

Əldə etdiyimiz məlumata görə, "Diaqnoz" Tibb Mərkəzi xəstələr ödəniş edəndən sonra onlara qəbz vermir. Bu da onu deməyə əsas verir ki, xəstəxana dövlətə vergi ödəməkdən yayınır. Hətta əldə etdiyimiz məlumata görə, tibb ocağında çalışan işçilərə əmək haqqı sənəddə göstərildiyi kimi deyil, ondan çox verilir. Bu da onu göstərir ki, xəstəxana rəhbərliyi bütün vasitələrə əl ataraq dövlət büdcəsinə ziyan vurmaqla məşğuldur. Bu kimi tibb ocaqlarının fəaliyyəti büdcə gəlirlərinin yalnız və yalnız azalmasına rəvac verə bilər. Halbuki xəstələrdən alınan pulları nəzərə alsaq, xəstəxananın kifayət qədər qazanc əldə etdiyini asanlıqla demək olar.

Redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, sözügedən tibb ocağında elə həkimlər işləyir ki, xəstələrə səhhətləriylə bağlı yalan informasiyalar verirlər. Belə ki, müalicədən sonra xəstənin yaxşılaşdığını bildirirlər. Halbuki xəstə bunu özündə hiss etmir. Hətta xəstə başqa xəstəxanın müayinəsindən keçəndən sonra "Diaqnoz" Tibb Mərkəzində aldığı müalicənin heç bir faydasının olmadığı aşkar olunur. Ona görə də xəstələr düzgün müayinə və müalicə olunmaq istəyirsə, xəstəxana seçərkən diqqətli olmalıdır. Əks halda bu cür həkimlərin güdazına gedəcəklər.

Bundan başqa "Diaqnoz" Tibb Mərkəzində həkimlərin iş birliyi var. Belə ki, bir həkimin yanına getdinsə, bütün həkimlərdən keçməyi məsləhət görürlər. Analiz verməlisən hər şeydən. Bununla da həm öz, həm də digər həkimlərin cibini doldururlar. Bu isə xəstələrin soğan kimi soyulması deməkdir. Bundan başqa sözügedən tibb ocağında xəstələrə yalnız və yalnız firma dərmanları yazırlar. Bu da göstərir ki, həkimlərlə dərman firmaları arasında işbirliyi var. Mətbuat olaraq dəfələrlə bildirmişik ki, firma dərmanlarını həkimlər faiz əldə etmək və ümumilikdə böyük qazanc sahibi olmaqdan ötrü xəstələrə yazırlar.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.