Partiya sədri Azercell-i ifşa etdi – Qalmaqal
14-08-2015, 15:45
Oxunub: 4 812
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev “facebook” səhifəsində Azercell şirkəti ilə bağlı status paylaşıb
Partiya rəhbəri mobil operator şirkətinin fırıldağını üzə çıxarıb.
Bununla növbəti dəfə Azercell-in dələduzluqla gəlir əldə etdiyi təsdiqlənib. Artıq sıravi abunəçilər deyil, ictimai fəaliyyəti olanlar da şirkətin saxtakarlıqlarından yazır.
Bolgexeber.com həmin statusu olduğu kimi təqdim edir.
Deməli belə: Təxminən apreldən bu yana hər ay sonu Azercell nömrəmə gələn borc 50 manatdan aşağı olmayıb və 52, 54, 56 civarında dəyişib. Nə vaxtdır elə o haqqda düşünürdüm. Ki, il boyu 20-25 manatı keçməyən məğləğ niyə birdən – birə belə şişsin?
Üstəlik, sinxron dəqiqliklə? Və…cavab gecikmir. Daha doğrusu Azercell özü – özünü ələ verir. 3 gün öncə şirkətin incə səsli xanım operatorlarından biri mobil nömrəmi yığaraq öz dəyərli məsləhətlərini ərz edir. Daha sonra isə maralı təklifdə bulunur:
“Yeni “hədsiz tarif” paketimiz var – aylıq ödənişi 50 manat. Məncə bundan istifadə edin. Çox sərfəli olar. Sizi düşünərək deyirik. Zatən neçə vaxtdır baxırıq, ən az 50 manatlıq danışırsınız”
***
Azercell mənim cibimi, büdcəmi düşünürmüş. Eyvah! Azercell abunəçidən, onun çox pul xərcləməsindən narahatmış. Payatonnan! Gülümmü, ağlayımmı bilmirəm. Həqiqətən kuryoz vəziyyətdir. Amma çox şükür, hər şey öz – özünə aydınlaşdı. Heç bir məchul qalmadı. Əsas da hər ay başında ödədiyim məbləğin niyə 50 manatdan aşağı olmaması ilə bağlı beynimdə ilişib qalan sualın dəqiq cavabını tapdım.
***
Bir az öncə vəkil korpusu ilə məşvərət elədik. Azercell-i ən yaxın günlərdə məhkəməyə verməyi düşünürəm. Başqa çarə yoxdur.
P.S. Ən son aldığım məlumatlara görə “211”əyarı ilə başlayan bir çox nömrələr eyni taktikanın qurbanıdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər