BolgeXeber.Com » Xəbərlər » Qəbələnin icra başçısından ilginc qərar... - Başçı bilirmi ki, Azərbaycan kənd təsərrüfatı ölkəsidir...
Qəbələnin icra başçısından ilginc qərar... - Başçı bilirmi ki, Azərbaycan kənd təsərrüfatı ölkəsidir...
17-08-2015, 13:31
Oxunub: 4 343
DİA.AZ bildirir ki, Facebook istifadəçilərinin yazdıqları statuslardan aydın olur ki, Qəbələdə sakinlərə məxsus mal-qara əgəe rayon icra hakimiyyətinin başçısının yolunun üstünə çıxırsa deməli o inəklərin sahibləri cəzalanmalıdırlar və yola çıxan inəklər ətliyə verilməlidir.
Dia.az-ın məlumatına görə, Qəbələ rayon Hənzəlli kəndinin sakinlərinin verdiyi məlumata görə, icra başçısı Səbuhi Məhəmməd oğlu Abdullayev yolda maşınının qarşısına çıxan inəyə yaman əsəbləşib. Axtarıb inəyin sahibini tapıb. İnəyin sahibi həmin kəndin yaşlı sakini olub. Icra basçisi sonra öz qoçularını göndərib ki, gedin inəkləri aparın ətliyə, cəzalandırın. Cəzalandırma anı qoçulara tabe olmaq istəməyən ev sahibi öz nəvələrini töküb küçəyə ki, inəkləri aparırsınızsa, uşaqları da aparın. Çünki bu uşaqlar həmin o inəklər sayəsində dolanır, çörək tapır. Bu sözdən sonra qoçular daha da qəzəblənib, ev sahibini və oğlunu aparıb salıblar içəri.
İndi də deyirlər ki, ərizə yaz, başçıdan üzr istə ki, "hörmətli başçı, səndən dönə-dönə üzr istəyirəm və inəyim bir də yola çıxsa, cəzasını özüm verəcəm".
Artıq şüursuz heyvanların hərəkətinə görə, insanlar cəzalanırsa, deməli, bu ölkədə heyvanla insana eyni münasibət göstərilir.
Həmən bu Həmzəlli kəndi dünya yaranandan maldarlıqla dolanıb, lakin indi həmin kəndin içində 65 hektar ərazidə atıcılq kompleksi düzəldilib və ora asfalt yol salınıb. Bu asfalt yola çıxmaq kəndin inəklərinə rəsmi,adamlarına qeyri rəsmi qadağa qoyulub.
Qeyd edək ki, rəsmən neft ölkəsi hesab etmədiyimiz Azərbaycanda fermerlərin hüquqlarının məhdudlaşdırılması, əslində dövlətimizi narahat edən bir haldır. Bu isə başçının məlum cəzasının onun özünə problem yarada biləcəyindən xəbər verməkdədir.
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər