BolgeXeber.Com » Xəbərlər » “Google” ildırım vurması nəticəsində istifadəçi məlumatlarını itirib

“Google” ildırım vurması nəticəsində istifadəçi məlumatlarını itirib

20-08-2015, 11:43
Oxunub: 4 559 “Google” ildırım vurması nəticəsində istifadəçi məlumatlarını itirib“Google”-un Belçikadakı məlumat emalı mərkəzlərindən birini dörd dəfə ildırım vurub

Nəticədə istifadəçi məlumatları qismən silinib. Məlumata əsasən, bu barədə “BBC News” xəbər yayıb.

Avqustun 13-də başlayan ildırım “Google Compute Engine” servisinin işinə təsir göstərib. Nəticədə bəzi istifadəçilər öz fayllarını itirib. Sonradan bəzi məlumatları xilas etmək mükün olub. Nasazlığın aradan qaldırılması üçün şirkətə dörd gün lazım olacaq.

Saxlanılan məlumatın təqribən 0,000001 faizinin silindiyi “Google” tərəfindən təsdiqlənib.

Şirkətdən həmçinin bildirilib ki, gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi texnoloji tədbirlər görüləcək.