Bakıda artırma eyvanların hamısı söküləcək -RƏSMİ,FOTOLAR
21-08-2015, 16:19
Oxunub: 6 957
Bakıda Sovet dövründə tikilən binalara edilən əlavələrin hamısı söküləcək
Bolgexeber.com bildirir ki,bu barədə BAKU.WS-ə Bakı Şəhər İcra Hakimiyyətinin "Tikintiyə nəzarət” şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, dünən Yasamal rayonu ərazisində yaşayış binalarının artırılmış balkonları tam qanun çərçivəsində merin tapşırığına uyğun olaraq sökülüb.
Nərimanov heykəlinin yanından Vergilər Nazirliyinin arxasına qədər, rayonun A. Ağayev küçəsində abadlıq işləri aparılıb. İşlərə uyğun olaraq ərazidə yerləşən binalarda artırılmış balkonlar sökülüb. Bu addım həm təhlükəsizlik, həm də şəhərin görünüşünə xələl gətirməyin qarşısını almaq məqsədilə atılıb.
Qurumdan onu da bildirdilər ki, artırılma balkona görə verilən sənədlər də əslində qanuni deyil. Çünki Sovet dövründə tikilən binanın infrastrukturuna heç bir dəyişiklik etmək olmazdı.
Bakı meriyasından onu da əlavə ediblər ki, gələcəkdə də, abadlıq aparılacaq digər ərazilərdə belə hallar olarsa, mütləq qarşısı alınacaq: "Əgər hansısa ərazilərdə abadlıq işləri aparılacaqsa və artırılma balkon, yaxud hansısa dəyişiklik aşkarlanarsa, o zaman müvafiq tədbirlər görüləcək. Artırılma balkonlar söküləcək”.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər