Azərbaycanda yeni fırıldaq növü- Tur şirkətləri əhalini necə aldadır?
24-08-2015, 15:52
Oxunub: 5 302
Azərbaycanda tur şirkətləri ilə bağlı tez-tez problemlər yaşanır
Bolgexeber.com bildirir ki,Tur şirkətlərinin daha bir qurbanı Bakı şəhər sakini Qələndərova Təhminə “Qafqazinfo”ya “Yes” travel tur şirkəti ilə bağlı şikayət edib.
O, şikayətində bildirir ki, “Yes” travel tur şirkəti onun tətil planlarını tamam alt-üst edib: “Baxmayaraq ki, 300-400 manat Azərbaycanda bir ailənin aylıq gəliridir, mən yenə də maddiyyatı bir kənara qoyub gördüyüm mənəvi zərərin haqqını tələb edirəm”.
Tur şirkətinin qurbanı olan xanım qeyd edir ki, iyul ayının əvvəlində sosial şəbəkələrdə “Yes” travelin Avropa ölkələrinə (Livta, Latviya, Estoniya, Finlandiya) səyahət adlı reklamını görüb: "Getdim şirkətlə danışdım, ödənişlərlə tanış oldum və başladım sənədləri hazırlamağa. Yəqin ki, bu sənəd işlərinin necə uzun və yorucu bir proses olduğunu xaricə yolu düşən hər kəs yaxşı bilir. Sənədlərimi hazırladıqdan sonra agentliyə təqdim etdim. Agentlik də öz növbəsində aviabilet, oteldə qalmaq üçün yer sifariş etdikdən sonra konsulluqdan görüş aldıq, getdik səfirliyə. Tur şirkətinin nümayəndəsi mənə sənədləri gətirəndə gördüm ki, əslində uçacağımız Kutaisi şəhərinin və qalacağımız otelin yerinə tam başqa adlar göstərilib. Səbəbini soruşanda dedi ki, olur belə şeylər. Əsas odur ki, sən viza alırsan, gedirsiniz. Bir də mənə tapşırdı ki, konsulluqda sadəcə Litvaya getdiyimizi deyim. Mən də fikirləşdim ki, yəqin, belə olmalıdır.

Konsul məndən təyyarənin, otelin tam ödənilmiş formada sənədlərini istədi. Növbəti gün sənədlərə baxanda uçuş arealımızın və otelin yerinin yenidən dəyişildiyini gördüm. Konsulluqda qızım, rəfiqəm və özüm üçün şengen vizası aldıq. Evə getmişik ki, tur şirkətindən bizə zəng gəldi və bildirildi ki, uçuş 26-dan 30-na dəyişdirilib. Baxmayaraq ki, məzuniyyətim bitirdi, razılaşdım. Hər birimiz üçün təxminən 650 manatlıq ödənişimizi də tam etdim. Səhəri gün zəng edib konsulluqdan bildirdilər ki, sizin şengen vizanız ləğv olunur. Səbəb kimi onu göstərdilər ki, bizim göstərilən ölkədə nə uçuşumuz, nə də qeyd edilən oteldə yer sifarişimiz var”.
“Yes” travel tur şirkətindən ödənişini geri alan Təhminə xanım deyir ki, sənəd işləri üçün ödədiyi maddi zərərin də təmin olunmasını istədiyi təqdirdə şirkət işçiləri onu günahkar çıxarıb: “Mənimlə yanaşı 5 nəfərin də belə uydurma sənədlərə görə səyahət planı yarımçıq qalıb və Bakının bu istisində bizim işimiz sənəd toplamaq olub. Mən məhkəməyə də müraciət edəcəm. Səhv mənim sənədimdə olsa, yenə yanmaram. Maddi zərər bir yana, mən və övladım necə mənəvi zərər gördük. Axı nəyə görə bizim məzuniyyətimiz heç olmalıdır, biz əlavə xərcə düşməliyik. Mən istəyirəm ki, bu vəziyyət işıqlandırılsın və vətəndaşlarımız bilsin ki, belə dələduz tur şirkətləri var”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər