Bakı çimərliklərində “od tutub yanan” qiymətlər - Sezon sonu da heç nə dəyişməyib
24-08-2015, 17:02
Oxunub: 4 340
Sosial şəbəkələrdə son günlər ən çox müzakirə olunan məsələlərdən biri də Bakı çimərliklərində olan özbaşınalıqdırSosial şəbəkələrdə son günlər ən çox müzakirə olunan məsələlərdən biri də Bakı çimərliklərində olan özbaşınalıqdır
Belə ki, Xəzərin ətrafını hasarlayan işbazlar əhalini dənizə buraxmaq üçün onlardan pul tələb edirlər. Məsələni araşdırmaq üçün Bakı sakinlərinin daha çox baş çəkdiyi Şıxov çimərliyində olan Moderator.az-ın müxbiri baş verənlərlə yerindəcə tanış olub.
Müxbirimizin ziyarət etdiyi ilk məkan “1001 gecə” istirahət mərkəzi olub. Bu çimərliyə daxil olan hər bir şəxsdən 5 azn tələb olunur, daha sonra isə əraziyə daxil olan zaman “besedka”da oturmaq üçün daha 5-10 azn ödəməlisən. Müxbirimizə məsələ ilə bağlı danışan adminstrator çimərliyin pullu olmasına qeyri- adi formada haqq qazandırdı. Administratorun sözlərinə görə, çimərlik pulsuz olsa əraziyə çoxlu insanlar gələr, nəticədə oğurluq, cinayət hadisələri çoxalar. Müxbirimizin baş çəkdiyi “Ramada” istirahət mərkəzində də vətəndaşlar əraziyə pulla buraxılırdı. Adminstratorun müxbirimizə bildirdiyinə görə, adi günlər çimərliyə giriş 20 azn, istirahət günləri isə 30 azn- dir.
“Aysberq” çimərliyinə də vəziyyət fərqli deyildi, bura daxil olmaq 5 azn idi. Çimərlik ərazisinə daxil olduqdan sonra təqdim olunan müxtəlif xidmətlərə uyğun olaraq ödənişlər edilməlidir.
Göründüyü kimi uzun müddətdir ki, cəmiyyətin sərt tənqid və təpiksi hələ ki, heç bir nəticə verməyib. İşin maraqlı tərəfi budur ki, işbzlar baş vermiş son təpkilərdən sonra qiymətləri bir neçə dəfə artırıblar . Uzun illərdir, çimərliyə baş çəkən şəxslərin müxbirimizə verdiyi xəbərə görə, ötən il girişi 2-3 manat olan çimərliklərə hazırda giriş üçün azı 5-10 azn tələb olunur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər