Neftin qiyməti düşür, bəs benzin niyə ucuzlaşmır?
25-08-2015, 09:37
Oxunub: 1 774
“Aİ 95 və 98 markalı benzinin qiyməti ucuzlaşmalıdır”
Neftin qiyməti dünya bazarında günbəgün aşağı düşməkdə davam edir. Buna uyğun olaraq benzinin də qiyməti bir çox ölkələrdə ucuzlaşır.
Ancaq neft ölkəsi olan Azərbaycanda benzinin qiymətində heç bir ucuzlaşma müşahidə edilmir. İnsanları da haqlı olaraq bu sual düşündürür ki, neft ucuzlaşdığı halda, benzinin bu qədər baha qiymətə olmasının səbəbi nədir?
İqtisadçı-ekspert Samir Əliyev deyir ki, neftin qiyməti aşağı endikcə benzin ucuzlaşdırılmalıdır: “Benzinin ucuzlaşmamasına çox səbəb göstərmək olar. Amma əsas səbəb onunla bağlıdır ki, biz neft idxal etmirik. Neft idxal edən ölkələrdə benzinin qiyməti neftin dünya bazarındakı qiyməti ilə birbaşa bağlıdır. Dünya bazarında neft bahalaşanda o ölkələrdə də benzin bahalaşır və yaxud da əksinə. Bizdə isə daxildə SOCAR tərəfindən istehsal olunur. Bizim 92 markalı benzinimiz daxili istehsal olduğuna görə dünya bazarındakı tendensiyaya təsiri yoxdur.
Bu baxımdan da qiymətlər dəyişmir. Bəs 95 niyə dəyişmir? Çünki 95 markalı benzin xaricdən ixrac olunur. İnsanların idxal olunan 95 və 98 markalı benzinin qiymətinin niyə ucuzlaşmaması ilə bağlı verdiyi sual haqlıdır. SOCAR qonşu ölkələrə - Gürcüstana ixrac etdiyi benzini ucuzlaşdırır, amma Azərbaycanda bunu ucuzlaşdırmır.
Hansı ki, 95 markalı benzini Azərbaycana gətirən şirkətlərdən biri və ən əsası SOCAR-dır. Görünür, ya xərclərin çoxluğu, ya da daha çox mənfəət götürmək istəyi onları bu cür davranmağa vadar edir. Hər bir halda mən düşünürəm ki, neftin qiymətinin indiki səviyyəsində idxal olunan 95 və daha yüksək 98 markalı benzinin qiyməti ucuzlaşmalıdır”.(musavat.com)
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes
- 21-06-2022, 09:57 : Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir
Siyasət