BolgeXeber.Com » Xəbərlər » Bərdə İcra Hakimiyyəti:«Yazılanlar həqiqətdən uzaqdır»

Bərdə İcra Hakimiyyəti:«Yazılanlar həqiqətdən uzaqdır»

25-08-2015, 15:11
Oxunub: 3 821 Bərdə İcra Hakimiyyəti:«Yazılanlar həqiqətdən uzaqdır»"Bu gün Bərdədə sosial-iqtisadi inkişaf davam edir"

Bildiyimiz kimi bu il İlham Əliyevin tapşırığı nəticəsində Bərdə rayonunda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün yeni yaşayış binaları tikilib istifadəyə verilib.Bu yaxınlarda isə artıq Bərdə rayonunda Xocalı, Ağdam, Ağdərə, Laçın rayonundan olan məcburi köçkünlərin böyük qismi həmin binalara köçürülüblər. Bəzi mətbu orqanlarda bu məsələ ilə bağlı həqiqəti əks etdirməyən yazılar dərc olunub. Belə ki, bəzi saytlarda mənzillərin məcburi köçkünlərə verilməsində bir sıra problemlərin ortaya çıxması , mənzillərin məcburi köçkünlərə paylayarkən guya qanunsuzluqlara yol verilməsi və mənzil verilməyən sakinlərin narazıçılıq etməsi haqda məlumatlar yer alıb. Həmin məlumatlarda həmçinin Bərdə Rayon İcra Hakimiyyətinin ünvanına ittihamlar səslənib. Məsələ ilə əlaqədar Bolgexeber.com-a aşıqlama verən Bərdə rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Fərid Fərzəliyev bildirdi ki yayılan bu tip məlumatlar tamamilə həqiqətə uyğun deyil və əsassızdır. İttihamlara cavab verən Fərid Fərzəliyev bildirdi ki, bu məsələ mərhələli şəkildə öz həllini tapır və növbəti binaların tikilməsi zamanı yəqin ki, həmin məcburi köçkünlərin hamısına ev veriləcək”. Bərdədə son zamanlar görülən böyük işlərə kölgə salmağı qarşısına məqsəd qoyan bəzi mətbu orqanlarda çıxan şər və böhtan dolu yazılara toxunan Fərid Fərzəliyev qeyd etdi ki, onların hamısı qərəzli yazılardır və həqiqəti əks etdirmir. "Bu gün Bərdədə sosial-iqtisadi inkişaf davam edir. Dövlət Proqramında rayon üçün nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində rayonda sosial infrastrukturun, əhalinin həyat şəraitinin, sosial müdafiəsinin yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması, tikinti-quruculuq işlərinin aparılması sahəsində böyük nailiyyətlər əldə olunmuş, əhalinin rifah halı yüksəlmişdir,mühüm infrastruktur layihələri yerinə yetirilmişdir",-deyə İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi bildirdi.