BolgeXeber.Com » Xəbərlər » 88 nömrəli avtobusdan yol polislərinin yanında təhlükəli şou - VİDEO

88 nömrəli avtobusdan yol polislərinin yanında təhlükəli şou - VİDEO

25-08-2015, 16:47
Oxunub: 3 956 88 nömrəli avtobusdan yol polislərinin yanında təhlükəli şou - VİDEOBakıda 88 nömrəli marşrut üzrə hərəkət edən avtobus sürücüsünün özbaşınalığını əks etdirən yeni videomaterial yayılıb

BOLGEXEBER.COM avtosfer.az saytına istinadən xəbər verir ki, videonu jurnalist Əzizə İsmayılova özünün facebook səhifəsində paylaşıb. Jurnalistin bildirdiyinə görə, bu gün, təxminən saat 18:30 radələrində yeni markalı, köhnə başlı sürücünün idarə etdiyi 88 saylı avtobus, mikrorayon istiqamətindən Azadlıq prospektinə keçərkən 2 halda kobud qəza şəraiti yaradıb: «Mikrorayon tərəfdən gələrkən yolun tam əks istiqamətinə çıxaraq «zapravka» yoluna keçib. Hansı ki, o yol Azadlıq-dan mikrorayona gedənlərindir. Sonra da videoda gördüyünüz mənzərə... Hələ bunlar azmış kimi, yol vermədiyimiz üçün bizə narazılıq edirdi.

Maraqlı olan isə budur ki, 4 metr yuxarıdakı svetoforun yanında xidmət aparan 4 YPX əməkdaşının heç biri bunu «görmədi» və «xəbərləri olmadı...».