Zığlılar Nazirlər Kabinetinə gedib Abid Şəriflovla görüş tələb etdi, amma...
27-08-2015, 16:08
Oxunub: 941
Suraxanı rayonu, Zığ qəsəbəsində sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərin sakinləri bu gün Nazirlər Kabinetinin qarşısına toplaşıb. Onlar baş nazirin müavini Abid Şərifovla görüşməyi tələb ediblər.
Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, hazırda 50-yə yaxın sakin Nazirlər Kabinetinin qarşısındadır: “Biz Prezident Administrasiyasına getdik. Oradan Abid Şərifova müraciət etməyimizi tövsiyə etdilər. Lakin Abid Şərifov bizi qəbul etmədi”.
Sakinləri Nazirlər Kabinetinin tikinti və kommunal təsərrüfatı şöbəsinin rəhbəri Şahin Salahov qəbul edib: “Şahin Salahov isə dedi ki, köçürülmə və kompensasiya ilə bağlı heç nə deyə bilməyəcək. Hətta məlumat da vermədi. Abid Şərifovla görüşmək tələbimiz də yerinə yetirilmədi. Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə son görüşdə işlərin yekunlaşmaq üzrə olduğunu söyləmişdilər, amma vəziyyət əvvəlki kimi qalmaqda davam edir”.
Şikayətçilər yağışdan sonra çatların dərinləşdiyini dedilər: “Yağışdan sonra çatlar dərinləşir. 500 ailə təhlükədədir. Evləri tamamilə yararsız hala düşən 55 ailənin 3 günə köçürüləcəyi deyilsə də köçürülmə olmadı. Sakinlər təşviş içindədir”.
Bolgexeber.com
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər