Bakıda fırıldaqçı həkim şəbəkəsi – FOTO
27-08-2015, 18:41
Oxunub: 4 262
Azərbaycanda xəstə insanlar üzərində alver şəbəkəsi quraraq dələduzluqla pul qazanan insanlar peyda olub
Bolgexeber.com-un məlumatına görə, sosial şəbəkələrdə bu barədə açıq-aşkar alver gedir. Bu cür faktlardan birini həkim işləyən Yasin Haqverdiyev adlı şəxs öz şəxsi hesabında paylaşıb.
Məlumatda qeyd olunur ki, Türkiyədə fəaliyyət göstərən bir sağlamlıq-turizm şirkəti Azərbaycandan olan həkimlərlə işbirliyinə girərək vətəndaşları aldadır.
Belə ki, həkimlər, onlara müraciət edən xəstələrə Türkiyədə hər hansısa bir xəstəxananı məsləhət görürlər. Bunun qarşılığında xəstənin yaxınlarından külli miqdarda pul tələb olunur. Xəstənin ödəyəcəyi real məbləğ 3000 manat civarındadırsa, həmin şəxslər xəstədən nə az, nə çox düz 20 min manat məbləğində pul tələb edirlər. Həmin təkliflə Yasin Haqverdiyevə də müraciət olunub. Lakin o rədd cavabı verib və məlumatı Facebook hesabında paylaşıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər