AŞ PA-nın nümayəndələri Bərdədə olmuşlar -FOTO
28-08-2015, 16:09
Oxunub: 877
Görüş diskussiya şəraitində keçmişdir
Bolgexeber.com xəbər verir ki,26 avqust 2015-ci il tarixdə Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan mərhum edilməsi” üzrə məruzəçisi xanım Militisa Markoviç, həmin komitənin katibi xanım Ayste Ramanauskayte, ekspert xanım Styliani Lidia Vamvakeridou, məruzəçinin köməkçisi cənab Adnan Beşiç, Milli Məclis Aparatının Beynəlxalq münasibətlət şöbəsinin böyük məsləhətçisi, AŞPA-dakı Azərbaycan milli nümayəndə heyətinin katibi cənab Babək Ağayev və tərcüməçi Bərdə rayonuna gəlmiş, rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşmüşdür.
Çay süfrəsi arxasında keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev faktlaraşdırıcı qrupa erməni işğalı altında olan Sərsəng su anbarı barədə ətraflı məlumat vermiş, Su anbarından təyinatına görə istifadə edilmədiyindən sərhədyanı 7 rayonun içməli və suvarma suyu ilə təminatının pozulduğu, Ermənistan tərəfindən bu su anbarından təhdid kimi istifadə edildiyi bildirilmişdir.
Faktlaraşdırıcı komissiyanın məruzəçisi xanım Militisa Markoviç rayonun suvarma suyu ilə təminatı sahəsində, sosial layihələrin həyata keçirilməsi ilə əlaqədar görüləcək işlərə maraq göstərmiş, layihənin icrası üçün bütün tədbirləri görəcəyini, Sərsəng su anbarının fəaliyyətinə beynəlxalq müşahidəçilərin cəlb edilməsinin məqsədə müvafiqliyini qeyd etmişdir.
Görüş diskussiya şəraitində keçmişdir.
Bolgexeber.com




Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər
- 2-02-2021, 22:06 : İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa işləri dövlətimizin başçısının nəzarətindədir
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm