Oliqarx deputatdan ŞOK ADDIM – 600 minlik maşını…
29-08-2015, 11:26
Oxunub: 4 378
Təəccüblüsü odur ki, F.Qəribov göstərilən qiymətə aldığı avtomobilin 180 min dollara satılmasına göstəriş verib
Son zamanlar deputat Fərhad Qəribovla bağlı maraqlı məlumatlar yayılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən birinin redaksiyamıza verdiyi məlumata görə, oliqarx deputat bir müddət öncə 600 min dollara aldığı avtomobili cəmi bir-iki ay istifadə edəndən sonra avtosalona satışa qoydurub. Təəccüblüsü odur ki, F.Qəribov göstərilən qiymətə aldığı avtomobilin 180 min dollara satılmasına göstəriş verib.
İş adamının verdiyi digər məlumata görə, deputat maşınını satışa qoyduqdan sonra qiyməti 100 min dollar civarında olan yeni avtomobil sifariş verib. Bu məlumatı verən mənbəmiz hörmətli deputatın birdən birə meqabahalı maşından onun ranqına uyğun olmayan qiymətə maşına düşməsini “variant” olaraq izah etdi. Bildirildiyinə görə, ölkənin ən önəmli biznesmenlərindən olan deputat bununla müflisləşdiyi imici yaratmaq istəyir. Bu ilin ilk yarısında xeyli “tərləyən” deputatın gedən milyonları geri qaytara bilməyəcəyini bildiyindən əlində olan sərvəti qorumağa çalışdığı vurğulanır. Artıq kübar məclislərə də qatılmadığı iddia olunan deputatın diqqət çəkmədən biznesini ölkə xaricinə daşımaq istədiyi də yayılan xəbərlər arasındadır.
Məsələyə F.Qəribovun münasibətini də öyrənmək istərdik. Ancaq redaksiyamızın əldə etdiyi heç bir telefon nömrəsi işləmədi.
Azerinfo.org
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər