Azərbaycanda seçkilərə start verildi
29-08-2015, 16:20
Oxunub: 3 536
Avqustun 29-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin keçirilməsi ilə bağlı tədbirlərin Təqvim Planını təsdiqləyib
Təqvim Planına əsasən, namizədlərin irəli sürülməsi avqustun 29-dan başlanır.Namizədin qeydə alınması ilə bağlı seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.Seçkiqabağı təşviqata oktyabrın 9-da start veriləcək. Seçkilərdən bir gün öncə təşviqat dayandırılacaq.
Prezidentin sərəncamına görə, seçkilər bu il noyabrın 1-də keçiriləcək. Seçki kampaniyası iki ay davam edəcək.Bundan sonra Mərkəzi Seçki Komissiyası fəaliyyətini daha da gücləndirməlidir.Bunu MSK sədri Məzahir Pənahov Komissiyanın avqustun 29-da keçirilən iclasında deyib.
O bildirib ki, bu gün seçkilərin keçirilməsində kifayət qədər nailiyyətlər əldə edilib: «Hesab edirəm ki, seçkilərə uğurla başlayırıq. Bütün şərait var. Ölkədə ictimai-siyasi sabitlik var, ictimaiyyət kifayət qədər maarifləndirilib, seçkilərin təşkilində peşəkar insanlar var».
M.Pənahov seçkilər zamanı hansısa xoşagəlməz halların baş verə biləcəyini də istisna etməyib: "Milyonlarla insan səs verir. Burada xoşagəlməz halların olması təbii haldır. Ancaq seçki komissiyaları üzvlərinin işi ondan ibarətdir ki, bu cür hallara vaxtında və adekvat reaksiya versin".
M.Pənahov bildirib ki, seçkilərə aidiyyəti olan bütün qurumlar, o cümlədən yerli və beynəlxalq müşahidəçilər bu məsələdə öz töhfəsini verməlidir, hər kəs konstruktiv əməkdaşlıq etməlidir.
M.Pənahov həmçinin yerli və beynəlxalq müşahidəçilərə çağırış edib. O bildirib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, müşahidəçi ancaq özü gördüyünü qeyd etməlidir: "Müşahidəçi nəyisə başqasından eşidirsə, onu qeyd etməlidir ki, o bunu özü görməyib, eşidib. Eşidilib yazlan məsələ müşahidə deyil. Müşahidəçinin vəzifəsi yalnız öz müşahidə etdiyi məntəqə ilə bağlı məlumat verməkdir. Bütün tərəflər konstruktiv əməkdaşlıq etmək niyyətini ortaya qoymalıdır. Hamı çalışmalıdır, əlindən gələn işi görməlidir ki, seçkilərin nəticələri şübhə doğurmasın. Ola bilsin ki, mən beynəlxalq qurumlara bununla bağlı rəsmi məktub yazım".
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər