Qubanın hərbi komissarlığında şıdırığı rüşvət yığımı
31-08-2015, 11:04
Oxunub: 6 286
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisinin digər qazanc yeri isə, hərbi bilet və möhlət hüquqbiznesidir
“Region-Xeber.info” xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba şöbəsindən şikayətlərin ardı arası kəsilmir.
Qeyd edək ki, bu kimi hallar mətbuatın gündəmində olsada, nədənsə hərbi komisarlıqlarda vüsət alan özbaşnalıqlara dur deyən tapılmır.
Azərbaycanın bir çox rayonlarında da mövcud olan bu hal müharibə şəraitində olan bir ölkənin sağalmayan yarasına çevrilib. Yerli komissarların fəaliyyəti korrupsiyaya bulaşma faktları cəmiyyətdə ikrahla qarşılanır. Lakin nədənsə bu faktlarla bağlı olaraq qurumun birinci şəxsi Arzu Rəhimov heç bir tədbir görmür. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, SHXÇDX-nin Quba rayon şöbəsində qanunsuzluqlar baş alıb gedir. Həqiqi hərbi xidmətə yararlı olan gəncləri öz maddi maraqları naminə ordudan yayındırlar . İmkanı olan şəxslərin uşaqları təkrar tibbi müayinədən keçmək üçün bildirişə 300 manat alaraq MRX-na, imkansızlar isə Bakı səhərində yerləşən hərbi Hospitallara göndərilir. Buda rayon hərbi Komisarlığında şıdırığı rüşvət yığımına əyani sübutdur. Əldə edilən məlumatda vurğulanır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisinin digər qazanc yeri isə, hərbi bilet və möhlət hüquq”biznesidir”. Beləki, uşaqlarını hərbi xidmətdən yayındırmaq istəyən valideynlərlə danışıqlara gedən hərbi komissar bunun müqabilində 4-5 min manat vermələrini istəyir. Düzdür, bu alış-veriş məsələsində hərbi komissar özü bilavasitə iştirak etməsədə, deyilənlərə görə yanında çalışdırdığı “əl altısı” bu işi həyata keçirir.
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər