“7HILLS” fırıldağının qurbanı kömək istəyir – Mətbuata müraciət etdi
31-08-2015, 16:11
Oxunub: 3 580
“MTK nə vaxt ki, bütün pulları geri qaytaracaq onda da kredit dayanacaq və kredit dayansa da sizin hər ay verdiyiniz aylıq pulların faiz hissəsi və komision haqqı qaytarılmayacaq”
Redaksiyamıza müraciət edən Bakı sakini “7HILLS” MTK-nın qurbanı olduğunu deyir. Həmin narazı bətəndaşın müraciətini təqdim edir:
“Sizə bu məktubu yazmaqda məqsədimiz başımıza açılan oyunların işıqlandırılmasını istəməyimizdir. Hansı ki, bu oyun “7HILLS” MTK şirkəti tərəfindən biz aldadılmış müştəriləri çıxılmaz vəziyyətdə qoyub. Biz gənclər bu şirkətin səmimiyyətinə, reklamlarına inanaraq Azərbaycan Beynəlxalq Bank-ının və Bank Technique-in daxili ipoteka-kredit (15 ilə kimi) müqaviləsi ilə bunlardan mənzillər almışıq. Bəzilərimiz bu ilin yanvar ayından, bəzilərimiz fevral, mart aylarında mənzil-kredit müqavilələrini imzalamışıq və bəzilərimiz 10000 manat, 20000 manat və daha çox ilkin ödənişi şirkətin bank hesabına köçürmüşük. Onu da diqqətə çatdıraq ki, bank bu krediti ayıranda bizdən hətta iş yerindən arayış belə tələb etmədi və proses 10-15 dəqiqə davam etdi. Və çoxlarımızın da bu tikinti şirkətindən mənzil almağına səbəb demək olar ki, hər saat başı televiziya və radio kanallarında bütün mənzillərin ABB-ın tam maliyyə dəstəyi və zəmanəti ilə inşa olunacağının reklam olunması idi. Hal hazırda hər ay biz müştərilər bağladıqları müqaviləyə əsasən 600 AZN, 900 AZN, 1500 AZN banklara kredit ödəyirik. Və hər şey qaydasında idi (biz elə düşünürdük) ki, bunların iç üzü ortaya çıxana kimi.
Mənzil müqaviləsi bağlanandan sonra, şirkətin bizə verdiyi məlumata görə mənzil sığortaları bir həftə ərzində bank tərəfindən hazır olub bizə veriləcəkdi. Və biz cavanlar bu sığortaya inanıb mənzil almışdıq ki, əgər şirkət 4 il müddətində mənzili təhvil verməsə verdiyimiz pullar tam şəkildə geri qaytarılacaqdı bank tərəfindən. Və bütün video reklam çarxlarında, rəsmi internet səhifələrində mənzil sığorta reklamları Azərbaycan Beynəlxalq Bankının loqosu altında gedirdi. Bu 7-8 ay müddətində tikinti sahəsində demək olar ki, bir dənə də olsun iş görülmədi, kameralar quraşdırılmadı, qazıntı işləri aparılmadı və eyni zamanda mənzil sığortaları müştərilərə verilmədi. Xülasə, 8 ay boşuna keçdi. Vəziyyəti belə gördüyümüzə görə “7HILLS”-in baş ofisinə dəfələrlə müraciət etdik işin ləngiməyinin və sığortaların verilməməsinin izahatına görə. Hər dəfə bizə yalan, səhv və üst-üstə düşməyən cavablar verildi: “tikinti gələn həftə, o biri həftə başlayacaq. Sığorta tezliklə olacaq və sair”. Sonda bizə verilən məlumat isə bizi çox çıxılmaz vəziyyətə saldı. MTK-dan verilən məlumat: “mənzil sığortaları verilməyəcək və tikintinin ləngiməyinin də səbəbi ABB-dır ki, bizim bank hesabımızı dondurub”. Bu verilən cavaba əsasən biz Azərbaycan Beynəlxalq Bank-ına dəfələrlə üz tutduq. Ordan bizə verilən məlumatlar isə bizi tam çaşdırdı: “bank MTK-ın pullarını verib. Bizlik deyil”.
Bu anlaşılmaz problemdən yaxa qurtarmaq üçün, “7HILLS”-dən indiyə kimi verdiyimiz pulların hamısını geri istədiyimizi tələb etdik və mənzillərin də özlərinə (mövcud olmayan mənzillər) qaytarılmasını istədik. Və eyni zamanda hər birimizin adına olan kreditin bank tərəfindən rəsmi olaraq dayandırılmasını tələb etdik. Onların bizə verdiyi cavab da bu oldu: “pulumuz yoxdur, bank bizə pul vermir”. Və bundan sonra yenə də bank-a müraciət edəndə bu cavabı eşidirik: “MTK nə vaxt ki, bütün pulları geri qaytaracaq onda da kredit dayanacaq və kredit dayansa da sizin hər ay verdiyiniz aylıq pulların faiz hissəsi və komision haqqı qaytarılmayacaq”.
Hörmətli redaksiya, sizdən xahişimiz budur ki, bu ciddi məsələni işıqlandırın. Sentyabr ayının 1-i saat 3-dən sonra biz müştərilər yenə də “7HİLLS”-in Globus Plaza-da 5-ci mərtəbədə yerləşən ofisində yığışacıq ki, onlara verdiyimiz pulları tələb edək. Çox istəyərdik ki, bizə yardımçı olasınız. Ən azından bu məktubu işıqlandırın. Biz sadəcə halal qazandığımız pulları geri istəyirik”.(Dia.az)
Qarşı tərəfi də dinləməyə hazırıq...
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes