BolgeXeber.Com » Xəbərlər » Ukraynada Ali Radanın həyətində dəhşətli partlayış: Yüzlərlə yaralı - VİDEO

Ukraynada Ali Radanın həyətində dəhşətli partlayış: Yüzlərlə yaralı - VİDEO

31-08-2015, 20:41
Oxunub: 3 301 Ukraynada Ali Radanın həyətində dəhşətli partlayış: Yüzlərlə yaralı - VİDEO100-ə yaxın asayiş keşikçisi xəsarət alıb

Kiyevin milis rəisi Aleksandr Tereşuk bəyan edib ki, Radanın binası qarşısında 100-ə yaxın asayiş keşikçisi xəsarət alıb.“Partlayışdan sonra çoxlu qan var idi. Güclü partlayışa dair iki versiya var. Birincisi - bu əldədüzəlmə qumbara, ikincisi isə bu hərbi əl qumbarası olub. Hüquq-mühafizə orqanları bu faktı araşdırır”, - Tereşuk bildirib.

Kiyevin meri Vitali Kliçko öz növbəsində bəyan edib ki, asayiş keşikçiləri arasında həlak olanlar var.

“Məndə olan məlumata görə, Kiyev şəhərində asayişi qoruyanlardan həlak olanlar var. Milli qvardiya batalyonunun cavan uşaqları həlak olub”, - Kliçko jurnalistlərə bildirib.



Ukraynada Ali Radanın həyətində dəhşətli partlayış: Yüzlərlə yaralı - VİDEO