“Azərsu”nun şöbə rəisi ifadə verdi- 1 milyonluq korrupsiya
1-09-2015, 09:49
Oxunub: 2 382
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərsu” ASC-dəki 1 milyon manata yaxın mənimsəmədə təqsirləndirilən Babək Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib
“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən iclasda şahid ifadəsi dinlənilib.
Hazırda “Azərsu” ASC-də Texniki şərtlərin hazırlanması şöbəsinin rəisi Mahir Cəfərov ifadə verib.
O bildirib ki, hazırda məhkəmə istintaqı aparılan cinayət işinin bağlı olduğu hadisələrə onun sədrliyə keçməsindən əvvəl başlayıb: “Mən 2013-cü ilin dekabr ayında şöbə rəisi vəzifəsinə təyin olunmuşam. O zamana kimi artıq hüquqi şəxslərdən sənədlər “Azərsu”ya təqdim edilmişdi. Mən yalnız aparılan prosesi izləyirdim”.
Hakim bildirib ki, ittiham aktına görə M.Cəfərovun işlədiyi dövrdə də, 2014-cü ilin yanvar və aprel aylarında qanunsuz işlər görülüb: “Hüquqi şəxs müraciət edib, ona “texniki şərt” verilib. Amma pul “Azərsu”nun hesabına köçmədən işlər görülüb”.
Şöbə rəisi bildirib ki, həmin sənədlər diqqətində yayınıb: “Sonradan biz işi araşdırdıq və ortaya çıxardıq”.
“Azərsu”nun hüquq şöbəsinin əməkdaşı, təqsirləndirilən şəxs Babək Hüseynov bildirib ki, hüquqi şəxslərin ərizələrini o qəbul etməyib: “Ərizələr mənə gəlmirdi. Bizə deyilirdi ki, filan yerdə hüquqi şəxs var, ona baxın”.
Məhkəmənin növbəti iclası sentyabrın 4-nə təyin edilib.
Xatırladaq ki, Babək Həsənov Cinayət Məcəlləsinin 179-cu (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilib.
İttihama görə, “Rahat həyat” MTK, “Camallı” MTK, “BakMin İnşaat”, “İnter Ekonom”, “Bakı” Futbol klubu və digər bir neçə qurumlara “texniki şərt” verilib. Lakin bunun üçün ödənilən 950 min manat “Azərsu”nun hesabına köçürülməyib.
Çox Oxunanlar
- 30-05-2022, 16:31 : DSX məlumat yaydı: Erməni əsgərlər içib bir-birini güllələyib
Gündəm
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 30-05-2022, 11:28 : “Böyük qayıdış” dediyimiz prosesə start verildi
Xəbərlər
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət