Şabranın keçmiş VTEK sədrinin dəhşətli faciəsi
1-09-2015, 10:18
Oxunub: 5 774
2013-cü ilin fevralında həbs edilən Şabran Tibbi Sosial Ekspert Komissiyasının (VTEK) sədri İmran Məmmədovun ailəsində daha bir dəhşətli faciə baş verib
Tia.az-a verilən məlumata görə, xidməti kabinetində qandallanan rüşvətxor məmurun övladı Mətin Məmmədov bu gün dünyasını dəyişib. O, bildirildiyinə görə, narkomaniyadan əziyyət çəkirmiş.
Bu ilin yanvarında isə məhbus VTEK sədrinin həyat yoldaşı uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Buna qədər bir övladı Kamran Məmmədov da yol qəzasında həyatını itirib.
Qobustan rayon prokurorunun köməkçisi vəzifəsində işləmiş digər oğlu Həsən Məmmədov isə 2008-ci ildə Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmənin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, narkotik ittihamı ilə həbs olunub.
İ.Məmmədov isə Quba, Qusar, Xaçmaz, Şabran rayonlarında pensiyaların verilməsinə nəzarət edirdi. O, Şabranın Mərkəzi Xəstəxanasında 3500 manat rüşvət alarkən həbs olunub. Axtarış zamanı İmran Məmmədovun evindən 15 min manat çıxıb. Əməliyyat Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən keçirilib.
Xatırladaq ki, son 2 ildən artıq müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olmuş Füzuli Ələkbərovun istefasından sonra xeyli sayda işçisi, xüsusilə Tibbi Sosial Ekspert Komissiyasının sədrləri rüşvət ittihamı ilə həbs edilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər