Abşeronun icra başçısı qadın oldu
2-09-2015, 18:48
Oxunub: 1 773
Eldar Əzizovun yerinə Zakir Fərəcov gətirildi
Prezident İlham Əliyev Eldar Əzizovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bolgexeber.com azərtac-a istinadən xəbər verir ki, o, prezidentin sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ölkə başçısının digər sərəncamları ilə Zakir Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Ölkə başçısının digər sərəncamı ilə Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezidentin növbəti sərəncamları ilə Səbail rayonunun icra hakimiyyətinin başçısı Asif Yunis oğlu Əsgərov vəzifəsindən azad edilərək Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Prezident Abşeron rayon İcra hakimiyyətinin başçısının təyin edilməsi barədə də sərəncam verib. Prezidentin sərəncamı ilə Abşeron rayonunun icra başçısının I müavini İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes