Gəncə Dövlət Universitetinin rektoru niyə işə çıxmır?
4-09-2015, 12:33
Oxunub: 3 575
Gəncə Dövlət Universitetininin rektoru Yusif Yusifov yeni dərs ilinin başlanmasına baxmayaraq hələ də işə çıxmır
Aldığımız məlumata əsasən bir müddət əvvəl səhhətindəki problemləri bəhanə edərək xarici ölkələrdən birinə qaçmış rektor yoxlamalardan yayınmaq istəyib. Bu ali təhsil ocağında aparılan yoxlamaların nəticələri açıqlandıqda bəlli olub ki, əslində GDU-da tələbələrin adlarına banklardan kredit götürülüb. Birbaşa təhsil naziri Mikayıl Cabbarovun nəzarəti altında aparılan yoxlamalardan sonra rektora Azərbaycana qayıtmaqla bağlı zəmanət verildi.
GUNDEMİNFO.AZ-a bilgi verən mənbə deyir ki, Yusif Yusifov Azərbaycana qaydandan sonra həbs edilməmək üçün ən yüksək çinli məmurların qapısına minnətçi düşüb. Hələlik həbsdən canını qurtara bilən rektor nədənsə, bu günlərdə işə çıxmır. Məlumat verən bildirir ki, Yusif Yusifov birbaşa nazirin adına ərizə yazaraq istpefa vermək istəyib. Lakin Mikayıl Cabbarov bu istefanı qəbul etməyib. Məsələ burasındadır ki, GDU-da aparılan yoxlamalar sonuclanmayıb.
Məhz Yusif Yusifov da sonucların heç də onun xeyrinə olmayacağından duyuq düşərək yenidən müalicə adı ilə xarici ölkələrdən birinə yollanıb. Bu xəbərlərlə bağlı olaraq araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 4-02-2023, 15:50 : 29 illik general istefaya göndərilir?- ŞOK İDDİA
Xəbərlər / Ölkə
- 4-02-2023, 11:50 : Nəqliyyat vasitələrində süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 4-02-2023, 18:27 : "Lənkəran- Astara regional" rəhbəri Elxan Nəcəfov mafioz direktoru "qoruyur"
Bölgə / Xəbərlər
- 6-02-2023, 19:19 : Azərbaycan qaz ixracatını sürətlə artırır
Analitika / Xəbərlər
- 4-02-2023, 14:08 : İrandan Fransa liderinə qarşı HÖRMƏTSİZLİK
Dünya / Xəbərlər
- 4-02-2023, 16:04 : Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib
Bölgə / Xəbərlər
- 6-02-2023, 11:34 : Kamalləddin Qafarov: " Macarıstan- Azərbaycan əməkdaşlığı bizim üçün böyük önəm daşıyır"
Analitika / Xəbərlər
- 4-02-2023, 17:04 : İsmayıllıda qanunsuz olaraq saxladıqları 20 tüfəng götürülüb
Bölgə / Xəbərlər
- 4-02-2023, 17:33 : Günün koronavirus statistikası açıqlandı
Xəbərlər / Ölkə
- 6-02-2023, 17:42 : Dağıntılar altında qalan tələbələrin fotosu yayıldı
Dünya / Xəbərlər