BolgeXeber.Com » Xəbərlər » Barselonaya uçub-qayıdan həmvətənimizin başına gələnlər...AZAL-dan şikayət

Barselonaya uçub-qayıdan həmvətənimizin başına gələnlər...AZAL-dan şikayət

4-09-2015, 16:12
Oxunub: 3 579 Barselonaya uçub-qayıdan həmvətənimizin başına gələnlər...AZAL-dan şikayət" Belə çıxır ki, hətta 4 ay qabaq da bilet almaq istəsən ucuz qiymətə bu mümkün deyil"

Bakı-Barselona-Bakı təyyarə reysindən istifadə edən oxucumuz Amil Əsgərov redaksiyamıza məktub yazaraq AZAL-ın xidmətlərindən şikayət edib. Oxucumuzun aktual problemə dair şikayət məktubunu təqdim edirik:

"Bir müddət əvvəl ölkə mediasında AZAL haqqında çox yazılar yazıldı. Bilet qiymətlərinin tənzimlənməsi ilə əlaqədar prezident İlham Əliyev xüsusi tapşırıqlar verdi. AZAL isə çox çək-çevirdən sonra bilet qiymətlərinə az da olsa əl gəzdirdi.

Biz, sadə vətəndaş olaraq bundan yararlanmaq məqsədi ilə Barselonaya yollandıq. Hava limanının özündən müştəbeh işçilərinin sıra ilə bütün xidmətlərindən səbr, hövsələ diləyə-diləyə keçib, “Airbus-320” təyyarəsində öz yerimizi tutduq. Təyyarə havaya qalxdıqdan sonra sərnişinlərə təqdim olunan nahar hamıda ikrah hissi oyatdı. Qiymət endirimindən qabaq belə yeməklər verilmirdi. “Ekonom” sinifdə uçan 250-dən çox adam təyyarənin arxasında olan 2 yox, 1 tualetdən istifadə etməli idilər. Növbə yarandı. Səyahətimizi bitirib Barselona hava limanına gəldik. Uçuş saat 11-də baş tutmalı idi. Qeydiyyat 25 dəqiqə gecikdi. Adətən 2 qeydiyyat köşkü olur, biri “biznes klass”,digəri isə “ekonom klass” sərnişinlər üçün. Bunların heç biri tablolarda göstərilmədiyindən sərnişinlərin hamısı hər 2 qeydiyyat köşkünə növbəyə dayanmışdı. Artıq saat 10-a qalırdı və yalnız bir neçə sərnişin qeydiyyatdan keçə bilmişdi.
Qeydiyyat zamanı sərnişinlərin çantaları açılır, əşyalar boşaldılır və yenidən tərəziyə qoyulurdu. 24 kq baqajı olan sərnişin 100 avro ödəməyə məcbur olunurdu. İngilis dili bilməyən sərnişinlər isə daha böyük problem yaşayırdı.

Axırda dözməyib qeydiyyatda həmvətənlərimizə qarşı son dərəcə kobud, aqressiv rəftar edən məmur qadından AZAL-ın nümayəndəsinin harada olduğunu soruşdum. Məlum oldu ki, həmin qadın elə AZAL-ın işçisi imiş. Azərbaycan Hava Yollarının Barselonadakı nümayəndəsi ispan qadın idi.

Bəlkə də o, heç xəritədə Azərbaycanın harada olduğunu göstərə bilməzdi.
Bakıya uçan təyyarə 50 dəqiqə gecikdi. Su qıtlığı var idi. Məlum oldu ki, bu, təyyarənin qanadında yaranan nasazlıq səbəbindəndir.

Bu gün sentyabrın 4-dür amma, artıq 2015-ci il dekabrın 26-sı şənbə gününə AZAL 451 manatlıq Bakı-Barselona biletini 754 manat edib. Belə çıxır ki, hətta 4 ay qabaq da bilet almaq istəsən ucuz qiymətə bu mümkün deyil".musavat.com