Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçilib
4-09-2015, 17:55
Oxunub: 1 734
Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Cüdo Federasiyasının hesabat-seçki Konfransı keçirilib
Toplantıya gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, həmçinin tanınmış cüdoçular da qatılıb.
Konfransda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib. O, konfransda Azərbaycan cüdosunun gələcəyinin müzakirə olunacağını deyib: “Bu yaxınlarda bir qrup cüdoçu Prezident İlham Əliyevə müraciət edib. Prezident də bizə cüdodakı vəziyyətlə tanış olmaqla barədə tapşırıq verib”.
Ç.Hüseynzadə ACF prezidenti Füzuli Ələkbərovun öz ərizəsi ilə istefa verdiyini bildirib.
ACF vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli hazırkı vəziyyət barədə danışıb. O, indiyədək əldə edilmiş uğurlardan bəhs edərək, bundan sonra da daha böyük uğurların əldə olunacağına inam ifadə edib.
Gənclər və idman naziri Azad Rəhimov son zamanlar federasiyadakı proseslərin Milli Olimpiya Komitəsi ilə Gənclər və İdman Nazirliyini qane etmədiyini bildirib. O deyib ki, ACF-yə yeni nəfəs gəlməlidir. Bu səbəbdən məsələ ölkə Prezidenti İlham Əliyevə məruzə olunub: “Biz inanırıq ki, yeni rəhbərliyin gəlişi ilə dönüş baş verəcək. Əvvəlki federasiya prezidenti Füzuli Ələkbərova da gördüyü işlərdən dolayı minnətdaram. İnanıram ki, işlər daha da yüksək səviyyəyə qaldırılacaq”.
Daha sonra ACF prezidentliyinə seçki keçirilib. Bu vəzifəyə yeganə namizəd olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev yekdilliklə seçilib.
Ç.Hüseynzadə bildirib ki, yaxın günlərdə ACF-nin vitse-prezidenti və İcraiyyə Komitəsi üzvlərinin seçilməsi üçün toplantı keçiriləcək.
Qeyd edək ki, ACF-nin əvvəlki prezidenti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov olub. (report)
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes