BolgeXeber.Com » Xəbərlər » Xalq artisti İlham Əsgərov vəfat edib-VIDEO

Xalq artisti İlham Əsgərov vəfat edib-VIDEO

7-09-2015, 09:47
Oxunub: 3 556 Xalq artisti İlham Əsgərov vəfat edib-VIDEOAzərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti İlham Əsgərov vəfat edib

Bolgexeber.com-un məlumatına görə, aktyor 57 yaşında dünyasını dəyişib.Qeyd edək ki, bir neçə il öncə İ.Əsgərovun beyninə qan sızmışdı.
İlham Təvəkkül oğlu Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor Akademik Teatrın ən populyar tamaşalarında iştirak edib.İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 15 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.
Allah rəhmət eləsin!