Ziya Məmmədovun işçisi sərxoş halda tutuldu – BİABIRÇI FOTOLAR
7-09-2015, 12:51
Oxunub: 3 626
Sentyabrın 5-də, gecə yarısı Bakıda yol polisi əməkdaşları sərxoş sürücü saxlayıb
Sürücü əvvəlcə yol polisinə tabe olmaq istəməsə də, süni maneə yaradılaraq dayandırılıb. Avtosfer.az-ın məlumatına görə, «Daewoo» markalı avtomobildən düşərkən ayaq üstə güclə dayanan gənc sürücü özünü Nəqliyyat Nazirliyinin əməkdaşı kimi təqdim edib və heç bir sənəd təqdim etməyib. O, sərxoş olduğunu da etiraf edib. Bir qədər sonra isə sürücü yol polislərinə yalnız şəxsiyyət vəsiqəsini təqdim edərək başqa sənədi olmadığını deyib. Yol polislərinin yerindəcə apardığı araşdırmalardan məlum olub ki, həmin şəxs bundan bir neçə ay əvvəl də sərxoş vəziyyətdə saxlanıldığı üçün onun sürücülük hüququ məhdudlaşdırılıb. Yəni, hazırda sürücülük hüququ olmadan və sərxoş halda avtomobil idarə edir.
Sürücü yol polislərini tabe olmamasını onunla əsaslandırıb ki, maşında başqa sərnişin də olub. O, həmin sərnişini yola salmaq üçün köməyə maşın çağırıb. Bir qədər sonra isə hadisə yerinə üzərində Nəqliyyat Nazirliyi yazılmış 3 avtomobil yaxınlaşıb. Nəqliyyat müfəttişi geyimində olan bir nəfər sərxoş halda saxlanılan sürücüyə yaxınlaşaraq onu sakitləşdirməyə çalışıb. Həmin sürücü isə öz maşınındakı sərnişini Nəqliyyat Nazirliyinə məxsus avtomobilə mindirərək yola salıb. Yalnız bundan sonra həmin şəxs yol polisləri ilə birlikdə sərxoşluq dərəcəsini müəyyən etmək üçün tibbi müayinə mərkəzinə getməyə razı olub.
Araşdırmalar nəticəsində həmin sürücü ilə bağlı başqa maraqlı faktlar da ortaya çıxıb. Yeni görüntülər əldə etməyə çalışırıq və onları da təqdim edəcəyik.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər