BolgeXeber.Com » Xəbərlər » Zaqatala meşələrində 9 gündür azan kişi möcüzəvi şəkildə sağ qaldı-–“Su içir, fındıq yeyirdim”
Zaqatala meşələrində 9 gündür azan kişi möcüzəvi şəkildə sağ qaldı-–“Su içir, fındıq yeyirdim”
7-09-2015, 19:26
Oxunub: 1 773
Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Zaqatala rayonu ərazisindən keçən hissəsində itkin düşən 68 yaşlı Bakı sakini tapılaraq yaxınlarına təhvil verilib
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, avqust ayının 28-i tarixindən Böyük Qafqaz sıra dağlarının Zaqatala rayonu ərazisindən keçən hissəsində itkin düşən, 1947-ci ildə Zaqatala rayonunun Mazıx kəndində doğulmuş, hazırda Bakı şəhərinin Xətai rayonunda qeydiyyatda olan Şamil Əliyev Zaqatala Polis Şöbəsinin və Mazıx kənd sakinlərinin birgə apardıqları axtarışlar nəticəsində sentyabrın 6-da yüksək dağlıq-meşəlik ərazidə sağ-salamat tapılaraq Zaqatalada yaşayan yaxın qohumlarına təhvil verilib. İlkin araşdırma zamanı məlum olub ki, Ş. Əliyev geri qayıdarkən yolu azıb. O, dağlıq-meşəlik ərazidə 9 gün yalnız su və meşə fındığı ilə qidalanıb. Bu səbəbdən 68 yaşlı Ş. Əliyevdə ümumi zəiflik, halsızlıq və əsəb gərginliyi yaranıb. Həkim müayinəsindən keçən Ş. Əliyev hazırda Zaqatala şəhərində yaşayan bacısının evində müalicə alır.
Qeyd edək ki, Ş. Əliyev avqust ayının ortalarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsində, “Şamilovka” adlanan yüksək dağlıq ərazidə yerləşən yaylağa gəzməyə gedib. Yaylaqda çobanların yanında 13 gün qaldıqdan sonra o, avqustun 28-də Zaqatalanın Mazıx kəndinə geri qayıdarkən yolu azıb və itkin düşüb.
Bolgexeber.com
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes