Şəhid atasından “Aqrarkredit”in rəhbərinə ittiham
8-09-2015, 10:54
Oxunub: 4 927
"Bu adam tutduğu vəzifədən sui-istifadə edərək"...
Ağdam rayonundan məcburi köçkün, şəhid atası Əli Hüseynov “Aqrarkredit”in rəhbəri Məmməd Musayevdən şikayətçidir. Əli Hüseynov şikayətini birbaşa ölkə başçısı İlham Əliyevə edib. O, ölkə başçısına yazdığı ərizənin bir surətini də redaksiyamıza göndərib. Əli Hüseynov yazır: “Mən və oğlum sahibkarlıq fəaliyyətilə məşğul olduğumuz üçün Sahibkarlığa Kömək Milli Fondunun xəttilə “Aqrarkredit”dən 50 min manat kredit götürmüşük. Öhdəlikdə göstərilən 200 baş qoyunu da almışıq. Lakin dəfələrlə müraciət etsək də, Məmməd Musayevin sifarişilə mənim Biləsuvarda olan 200 baş qoyunuma nə baxış keçirilib, nə də monitorinq aparılıb. İyunun 14-də Məmməd Musayevə teleqram vurmuşam. Ondan rəsmi cavab istəmişəm. Lakin cavab yoxdur.
Cənab prezident, Məmməd Musayev fafktiki olaraq sizin sərəncamlarınızı və ölkə qanunlarını tapdalayır. Məgər Məmməd Musayevin savadı yoxdur ki, bir aydır, şəhid atasının etdiyi müraciətə cavab vermir?
Məmməd Musayev özü “Aqrarkredit”in, oğlu isə “TuranbBank”ın sədridir. Görünür, bu bankların pulları onların gözünü elə örtüb ki, şəhid atasını da saya salmırlar, hörmətsizlik edirlər. Bizdə olan məlumata görə, bu məsələdə Sahibkarlığa Milli Kömək Fondunun Şirzad Abdullayevin də rolu var.
Cənab prezident, sizdən bir şəhid atası kimi xahiş edirəm ki, Məmməd Musayevin mənə etdiyi bu qanunsuz hərəkəti araşdırasınız. Bu adam tutduğu vəzifədən sui-istifadə edərək müraciətlərimə cavab vermir, süründürməçilik edir. Xahiş edirəm ki, bu məsələni ciddi nəzarətə götürəsiniz”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər