Beyləqanın maliyyə bossunun maliyyə maxinasiyaları
8-09-2015, 16:51
Oxunub: 1 767
Əvvəllər Pambıq Zavodunun müdiri işləyən O Hacıyevin ikinci diplomunun qanunauyğun olmadığı və Təhsil Nazirliyinin diplom bankında qeydiyyatdan keçmədiyi bildirilir
Redaksiyamıza Beyləqan rayon Maliyyə İdarəsinin müdiri Oqtay Hacıyevlə bağlı məlumat daxil olub. Məlumatda bildirilir ki, O.Hacıyev uzun zamandır icra başçısı Vaqif Abdullayevin adından rayonun bir çox idarə və müəssisələrindən pul yığır. O.Hacıyev müəyyən ştatlaı məhz pulla idarələr satır və bunu icra başçısının göstərişi ilə elədiyini deyir. Məlumatda iddia olunur ki, Maliyyə Nazirliyindən Beyləqan Maliyyə İdarəsinin yoxlanılması üçün nümayəndələr göndərilib və O. Hacıyev onları razı salmağa çalışır. Amma yeyintinin miqyası böyük olduğundan O.Hacıyevin işi çətinə düşüb. Məlumatda bildirilir ki, O.Hacıyevin əsas yeyinti işi kənd icra nümayəndəliklərinə,eləcə də Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbəsinə cari tamir üçün ayrılan pulları mənimsəməkdən ibarətdir. Bu işdə ona əsas dəstəyi isə Mədəniyyət və Turizm İdarəsinin baş mühasibi Məhəmməd Həsənov verir. Əvvəllər Pambıq Zavodunun müdiri işləyən O Hacıyevin ikinci diplomunun qanunauyğun olmadığı və Təhsil Nazirliyinin diplom bankında qeydiyyatdan keçmədiyi bildirilir. Məlumatda onun, diplomu İqtisad Universitetinin Dərbənd filialından aldığı qeyd edilir.
Bu məsələ ilə bağlı redaksiyamıza daha ciddi məlumatlar daxil olub və hazırda onları araşdırırıq. Bundan sonra həmin məlumatları təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.gunxeber.com
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes