Kəbirə Məmmədovaya qarşı dələduzluq ittihamı
8-09-2015, 18:00
Oxunub: 1 658
Rafil Həsənov: «Kəbirə Məmmədova 2006-cı ildə məndən 135 min manat alıb. İndi isə deyir ki, get dərdini kimə deyirsən, de»
İş adamı Ravil Həsənov Binə Ticarət Mərkəzinin rəhbərinə qarşı dələduzluq iddiası ilə çıxış edir. Bu barədə Pia.az-a Ravil Həsənov özü məlumat verib.
Qeyd edək ki, iş adamı Rafil Həsənov bundan əvvəl ölkə prezidentinə də müraciət etmişdi.
Şikayətçinin bildirdiyinə görə, hələ 2006-cı ildə Binə Ticarət Mərkəzi tikildiyi zaman o, Kəbirə Məmmədovaya dükan almaq üçün 135 min manat verib. Lakin aradan 9 il keçməsinə baxmayaraq, Kəbirə Məmmədova iş adamının nə pulunu, nə də dükanını verir:
«Mən 2006-cı ildə şahidlərin yanında Kəbirə Məmmədovaya dükan almaq üçün 135 min manat vermişəm. Aradan 9 il keçməsinə baxmayaraq, dükanlarımı ala bilmirəm. Uzun mübahisələrdən sonra Kəbirə Məmmədova mənim pulumun yarısını - 70 min manatımı qaytarıb. İndi isə, Kəbirə Məmmədova mənim yerdə qalan pulumu, yəni 65 min manatımı qaytarmaqdan imtina edir. Deyir yer verim, gedin dükanı özünüz tikin. Halbuki mən 135 min manatı Binə Ticarət Mərkəzinin mərkəzində dükan almaq üçün vermişdim. Buna görə də pulumu geri istəyirəm. Amma Kəbirə Məmmədova mənə deyir ki, sənə veriləcək pulum yoxdur. Get dərdini kimə deyirsən, de. Hətta məni hədələməkdən belə çəkinmir. Sözün düzü, mən başa düşə bilmirəm, biz hüquqi dövlətdə yaşayırıq, ya başqa bir sistemdə. Mən deyəndə ki, cənab prezidentə, hüquq-mühafizə orqanlarına şikayət edəcəm, deyir ki, get kimə deyirsən de. Bu artıq Kəbirə Məmmədovanın dövlətə və dövlət qurumlarına meydan oxumasıdır».
Ravil Həsənov onu da bildirib ki, Kəbirə Məmmədovanın bu şəkildə aldatdığı başqa sahibkarlar da var və onlar birlikdə Kəbirə Məmmmədovadan məhkəməyə müraciət edəcəklər.
Qeyd edək ki, məsələ ilə bağlı Kəbirə Məmmədovanın mövqeyini öyrənməyə cəhd etsək də, cəhdimiz uğursuz oldu. Ümumiyyətlə isə bu günə qədər dövrü mətbuatda Kəbirə Məmmədova ilə bağlı çoxlu iddialar olsa da, qarşı tərəf olaraq Binə Ticarət Mərkəzinin rəhbəri susqunluqla cavab verir. Bu isə təbii ki, iddiaçıların haqqlı olması ilə bağlı fikir formalaşdırır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes
- 21-06-2022, 09:57 : Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir
Siyasət