Prokurorluğa rektor haqda şok dosye
9-09-2015, 16:19
Oxunub: 1 625
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Ədalət Muradov rüzgarı əsməkdədir
Rektor təyinatı ilə tələbələrin başına bəla olan Ə.Muradov xələfinə dua oxudur.
Onun təyinatı ilə ölkənin ən iri ali məktəbi uçuruma yuvarlanıb. Artıq rektorun və komandasının fəaliyyəti haqda cinayət dosyesi hazırlanaraq Prezident İlham Əliyev və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbəri Kamran Əliyevi ünvanlanıb.
Bu barədə TİA.AZ-ın əldə etdiyi məlumata görə, ADİU-da kütləvi narazılıq baş qaldırıb və rektordan saysız-hesabsız şikayətlər yuxarı dairələrə göndərilməkdədir.
Mənbənin qeydlərinə görə, rektordan narazılıq edən tələbələr öz təhlükəsizliyini təmin etmək üçün anonim məktubla çıxış ediblər. Onlar Ə.Muradovun ətrafındakı məmurlaşmış dekan və prorektorların əməllərindən bəhs ediblər.
Məktub müəllifləri qeyd ediblər ki, rektorun komandası artıq heç bir şikayət dinləmədən, tələbələrin biliklərinə hörmət etmədən özfəaliyyət dərnəyi açıblar.
Qaynağımız iddia edir ki, ADİU-da baş verənlər haqda hətta sabiq rektor Şəmsəddin Hacıyevə də müraciətlər daxil olub. Tələbələr deputat olan Hacıyevdən məsələnin yuxarı eşalona çatdırılmasını xahiş ediblər.
Onun dövründəki islahatları xatırlayan tələbələr Muradovun vaxtında ali məktəbin bazara çevrilməsinin şahidi olublar.
Mənbə qeyd edir ki, ADİU-da baş verən rüşvətxorluq halları, özbaşınalıq, tələbələrə qarşı iqtisadi repressiya xətti artıq mərkəzi dairələrin diqqətindədir.
Prezidentin nəzərinə çatdırılan bu neqativ hallardan sonra Baş Prokurorluq və Maliyyə Nazirliyi tərəfindən universitetdə yoxlamalar aparılacağı istisna edilmir.
O da gözlənilir ki, rektora təhsil naziri tərəfindən şiddətli töhmət verilsi. Necə ki Texniki Universitetin rəhbərinə xəbərdarlıq olunmuşdu. Növbənin Muradova çatdığını iddia edən mənbənin sözlərinə görə, Təhsil Nazirliyi gedişatdan agahdır. Nazirlik tərəfindən araşdırmalar aparılacağı da ehtimal olunur.
Mənbə qeyd edir ki, təhsil ocağında rüşvətxorluq elə bir səviyyəni keçib, artıq nəzarət olunmur. Yəni, baş şahin və ətrafı tərəfindən idarə olunan korrupsiya piramidasında gizli əllər olduğu iddia olunur.
Mənbə onu da danışıb ki, Ə.Muradov araşdırmaların aparılacağını və mətbuatda yazılanların ajiotajını bilərək təşvişə düşüb. Həyəcanlanan rektor bu təlaşını gizlədə bilməyib və toplantı keçirib. Qeyri-rəsmi iclasda prorektorların və dekanların nəzərinə mühüm məqamları çatdırıb.
Onlara yeni tədris ilindən etibarən özlərinə çəki-düzən verməyi, rüşvət yığımında ehtiyatlı, nizamlı davranmağı tapşırıb.
Onlara bildirib ki, hər kəs bu prosesdə qurban gedə bilər və həmin şəxsi müdafiə etmək iqtidarında deyil. Bu da rəhbərlikdə təmsil olunanları narahat edib.
Artıq ADUİ ilə bağlı qarşıda yeni bir hərəkətlənmə müşahidə olunacağı deyilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes
- 21-06-2022, 09:57 : Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir
Siyasət