Voleybol Federasiyasının işçiləri 4 aydır maaş ala bilmir
10-09-2015, 11:24
Oxunub: 3 904
Voleybol Federasiyasının işçiləri artıq 4 aydır ki, maaş ala bilmirlər
Redaksiyamıza daxil olan məlumatlara görə, Avropa Oyunları zamanı heç bir yer tuta bilməyən Voleybol Federasiyasının işçilərinə o vaxtdan bu günə qədər əmək haqları verilmir. Əvvəllər Voleybol Federasiyasını Cavid Qurbanov maliyyələşdirirdi.
Onu “Azərbaycan Dəmir Yolları” QSC-yə keçirdikdən sonra yerinə Taleh Behbudovu təyin etdilər. İşçilər haqları olan maaşlarını istəmək üçün C. Qurbanova müraciət etdikdə, C.Qurbanov onun artıq bu işdə heç bir məsuliyyət daşımadığını və işçilərin maaşlarını yeni təyin edilmiş Taleh Behbudovdan istəmələrini tələb edir. T. Behbudov federasiya işçilərinə onun hələ ki bu vəzifəyə təsdiqlənmədiyini və buna görə də işçilərin maaşını verə bilməyəcəyini bildirib. İçilər Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədovdan müsbət cavab ala bilməyiblər.
4 aydır ki, maaşlarını ala bilmədiklərini deyən işçilərə Z.Məmmədov hazırkı maliyyə durumunun işçilərin maaşlarını verməyə yetmədiyini bildirib. Bundan əlavə, legioner oyunçular artıq Voleybol Federasiyasını məhkəməyə verib. Artıq iki gündür ki, legioner qızların qaldığı kirayə evlərdən də xəbərdarlıq gəlib. Çünki 4 aydır ki, legioner qızların kirayə haqları da verilmir və ev sahiblərindən xəbər göndərilib ki, əgər üç gün ərzində kirayə pulları verilməsə, qızları əşyaları ilə birgə evdən çıxaracaqlar. Qeyd edək ki, legioner qızların kirayə haqqını Voleybol Federasiyası ödəyirdi. 300-400 nəfərə yaxın işçinin 4 ayda maaş ala bilməməsi bir ailənin sosial durumu üçün çox ağırdır. Orada işləyənlər arasında ailə başçıları da var ki, onlar artıq 4 aydır ki, evlərinə çörək pulu apara bilmirlər. İşçilər yuxarılara müraciət etməyə də çəkinirlər ki, birdən işdən çıxarılarlar.
musavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər