BolgeXeber.Com » Xəbərlər » Qubanın icra başçısı şəhid anasını evsiz qoyub-VİDEO

Qubanın icra başçısı şəhid anasını evsiz qoyub-VİDEO

10-09-2015, 14:38
Oxunub: 3 689 Qubanın icra başçısı şəhid anasını evsiz qoyub-VİDEO78 yaşlı Cəmilə Qənbərova Qubanın rayon mərkəzindən 35 km aralıda yerləşən Qrız Dəhnə kəndində oğlu Elxanın ailəsi ilə birgə yaşayı

Ananın 6-cı övladı Habil Qənbərov 1994-cü ildə Goranboyun Borsunlu kəndi ətrafında gedən vuruşmalarda şəhid olub, kəndin yeganə şəhididir. Hazırda Cəmilə ana təmirsiz, bərbad, divarları çatlamış və iri yarıqları olan evdə yaşayır.
Şəhid anası Cəmilə Qənbərova deyir ki, oğlu Habil cəbhəyə bu evdən gedib. Maddi çətinlik ucbatından neçə illərdi bu uçuq daxmaya sığınan ailəyə isə heç kim vəziyyətdən çıxış yolu göstərməyib: “Uşaqlarım da savadsız olub, bizə deyiblər ki, subay uşaqlar üçün ev verilmir, biz də inanmışıq onlara”.
Ailə üzvləri də şəhid anasının bu ucqar dağ kəndində rayon icra hakimiyyətinin diqqətindən kənarda qaldığını dedilər.
“Şəhid anası bu dağların arasında unudulub. Bayramda anamı yada salan olmayıb, heç olmasa, Qurban bayramında anamı yad edib qapılarını açardılar”, - deyə şikayətçinin qızı Gövhər Yaqubova qeyd edib.Cəmilə ananın şikayətinə Quba icra hakimiyyətindən şifahi olaraq cavab verildi ki, Cəmilə Qənbərova müraciət etdiyi gündən, yəni 2010-cu ilin avqust ayından icra hakimiyyətində ev növbəsinə durub. Adi hallarda nə vaxt bizə müraciət edibsə, kömək edilib. Növbə əsasında o da evlə təmin olunacaq