BolgeXeber.Com » Xəbərlər » Bakirəliyini satişa çıxaran Kristina Azərbaycan konsulluğundan yardım istəyir

Bakirəliyini satişa çıxaran Kristina Azərbaycan konsulluğundan yardım istəyir

12-09-2015, 20:04
Oxunub: 3 151 Bakirəliyini satişa çıxaran Kristina Azərbaycan konsulluğundan yardım istəyirKristina Azərbaycana qayıtmaq istəyir, ancaq müstəntiqlər bildirir ki, o, ən azı məhkəmə araşdırmasının başlanmasına qədər Rusiyada qalmalıdır

20 yaşlı Bakı sakini, bakirəliyini satmaq istəyərkən aldadılaraq bir neçə həftə əvvəl dünya mediasının qəhrəmanına çevrilən Kristina Azərbaycanın Rusiyanın Perm şəhərindəki konsulluğundan yardım istəyir

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hazırda o, xəstəxanadadır və sağalmaq üzrədir.

Kristina Azərbaycana qayıtmaq istəyir, ancaq müstəntiqlər bildirir ki, o, ən azı məhkəmə araşdırmasının başlanmasına qədər Rusiyada qalmalıdır.

Xəbər verildiyi kimi, “Əli və Nino” filminin çəkilişlərində iştirak edən, həmçinin Avropa Oyunlarında könüllü qruplarından birinin rəhbəri olan Kristina bu ilin iyul ayında internetdən tanış olduğu 29 yaşlı Perm sakini ilə bakirəliyini 14 min dollara satmaq üçün razılaşıb. Həmin şəxs qıza təyyarə bileti alıb və aeroportda qarşılayıb. Tərəflər sövdələşməni müqavilə şəklində rəsmiləşdiriblər.

Ancaq Perm vilayətinin Berezniki rayon sakini olan Mixail adlı həmin şəxs qızı aldadıb, müqavilədə qızın ona 14 min dollar verməli olduğunu göstərib və Kristina həmin hissəni oxumadan imza atıb.Bakirəliyini satişa çıxaran Kristina Azərbaycan konsulluğundan yardım istəyir

Daha sonra aldadıldığını başa düşən bakılı müqavimət göstərib. Ancaq Mixail onu döyərək zorlayıb. Üstəlik bildirib ki, müqavilədə göstərildiyi kimi, 14 min dolları ona verməsə, fahişəlik edib qazandığı pulu verməli olacaq.

Ertəsi gün Mixail qapını bağlayaraq qızı mənzildə qoyub və işə gedib. Kristina isə üçüncü mərtəbədən aşağı tullanaraq əsirlikdən xilas olub, bu zaman onun sümükləri bir neçə yerdən sınıb.

Hadisə geniş rezonans doğurub və həm Rusiya, həm xarici ölkə mediası bu əhvalatfan geniş yazıb. Cinayətkar həbs edilib. Məlum olub ki, o, bir neçə il əvvəl də Perm sakini olan qızı eyni ssenari ilə aldadıb. Hazırda cinayətkar həbsdədir, ona qarşı zorlama və şəxsiyyətin azadlığını zorla məhdudlaşdırma maddələri ilə ittiham irəli sürülüb.

Berezinki rayonunun istintaq şöbəsindən bildiriblər ki, Kristinanın xəstəxanada müalicə olunması və digər xərcləri dövlət hesabına ödənilir. Ancaq xəstəxanadan deyiblər ki, qızı gec-tez tibb müəssisəsndən evə yazacaqlar. Kristinanın isə pulu yoxdur. O, qohumlarına da ümid edə bilməz, çünki tamamilə yetimdir və heç kəsi yoxdur.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, qızın yeganə ümidi Azərbaycanın Rusiyadakı konsulluğunadır. Lakin yardımın forması və ölçüsü barədə hələ nə Rusiya, nə də Azərbaycan diplomatları müzakirə aparmayıblar.

“Həmçinin o, istintaq dövründə Rusiyada olmalıdır. Bir sıra ekspertizalar keçirmək lazımdır. Həmçinin zərərçəkən məhkəmədə iştirak etməlidir”- deyə müstəntiq Denis Yefimıçev “V kurse” portalına bildirib.

Kristina istintaq dövründə Bakıya qayıda bilər, ancaq bunun üçün Rusiya İstintaq Komitəsinin icazəsi lazımdır.
Bolgexeber.com