BolgeXeber.Com » Xəbərlər » Biləsuvarda məktəb direktorunun otağı yandı

Biləsuvarda məktəb direktorunun otağı yandı

14-09-2015, 10:24
Oxunub: 3 305 Biləsuvarda məktəb direktorunun otağı yandıFHN məlumat yaydı

Biləsuvar rayonunun Təzəkənd kəndində ümumi sahəsi 1561 kv.m olan birmərtəbəli, 18 sinifdən ibarət olan orta məktəbin sahəsi 15 kv.m olan direktor otağının yanar konstruksiyaları yanıb.

Bolgexeber.com-un FHN-in saytına istinadın verdiyi məlumata görə, məktəbin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.