BolgeXeber.Com » Xəbərlər » "Azərcell”in “Naxçıvan” yanğını kimi yandırdı? – TƏFƏRRÜAT

"Azərcell”in “Naxçıvan” yanğını kimi yandırdı? – TƏFƏRRÜAT

14-09-2015, 13:10
Oxunub: 3 278 "Azərcell”in “Naxçıvan” yanğını kimi yandırdı? – TƏFƏRRÜAT“Azərcell” mobil operator şirkəti yenə özünü kristal təqdim etmək üçün çırmanıb


Şirkət “Naxçıvan” yanğınında günahkar axtarışına çıxmaqla yanaşı Mətbuat Şurasına hücuma keçib.
TİA.AZ xəbər verir ki, iyulunda 27-də şirkət rəhbərliyinin redaktorlarla “Naxçıvan” restoranında görüşü qalmaqalsız ötüşməyib.
Bunun ardınca isə qalmaqalı həmin an unutduran yanğın hadisəsi baş verib. “Azərcell” rəhbərliyi isə görüşdən sonra MŞ sədri Əflatun Amaşova qarşı qara piar kampaniyasına başlayıb.
Əldə etdiyimiz məlumata görə, şirkət haqda səslənən bəzi fikirlər “Azərcell” rəhbərliyinin ürəyincə olmayıb. Ölkənin nəhəng mobil operator şirkətinin media siyasətini düzgün istiqamətdə inkişaf etdirməməsi tənqid olunub.
Eyni zamanda qeyd olunub ki, şirkət mətbuatla münasibətləri uzaqdan-uzağa qurub. Bu da jurnalistlərin göndərilən sorğulara operativ cavab almaq, mətbuat xidməti ilə daimi işləmək imkanlarını sıfıra edirib.
Bu fikirlərdən sonra “Azərcell rəhbərliyi iradları həzm etməyib, hücum kursunu seçib. Habelə xaricdə olarkən telefondan internet istifadə edilmədiyi halda 500 manatlıq hesablar gəlməsi haqda iradlar da bəyənilməyib.

“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid isə “Azercell” prezidentinə 2013-cü ilə kimi davam edən redaktorların Türkiyə səfərinə yenidən baxmağı təklif edib. Lakin restoranda yanğının intensivləşməsi bu mövzunu müzakirə etməyə imkan verməyib.
O da məlumdur ki, restoranda yanğın baş verdiyi üçün tədbir yarımçıq qalıb.
Ə.Amaşovun şirkətin media siyasətini tənqid etməsi rəhbərlik üçün xoşagələn olmaya bilər, amma reallıqları əks etdirir. “Azərcell” çox zaman mətbuata qarşı hörmətsizlik nümayiş etdirir, yalnız şirkətin kommersiya maraqları zərbə altında qalanda reaksiya verir.
Halbuki, mətbuat aylardır abunəçilərin kütləvi şəkildə bu operatordan imtina etdiyini yazır, şikayətlərini dərc edir. “Azərcell” prezidenti isə bu tənqidləri görmək əvəzinə, MŞ sədrinə qarşı hücum taktikasına üstünlük verir.
Bolgexeber.com