Mingəçevirdə məcburi köçkünlər yolu bağladılar
15-09-2015, 17:45
Oxunub: 4 028
Sentyabrın 14-də Mingəçevirdə bir qrup məcburi köçkün yolu bağlayaraq etiraz aksiyası keçirməyə cəhd ediblər
Musavat.com-un əldə etdiyi məlumata görə, buna səbəb məcburi köçkünlər üçün tikilən mənzillərdə onlara ev verilməməsidir. Tikilən yeni binalardan mənzil ala bilməyən məcburi köçkünlər buna etiraz olaraq yolu bağlayıblar. Polisin müdaxiləsindən sonra etirazçılar ərazidən uzaqlaşdırılıb.
Məlum olub ki, etiraz edən məcburi köçkünlər Mingəçevir şəhərində qeydiyyatda olmayanlardır. Hazırda ev verilən köçkünlər isə Mingəçevirdəki yataqxanalarda qeydiyyatda olanlardır. Etirazçılar isə sonradan başqa rayonlardan gələrək Mingəçevirdə yerləşən yataqxanalarda məskunlaşıblar. Buna görə də onlara yeni mənzillər verilməyib.
Son iki gündür məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi həyata keçirilir.
Qeyd edək ki, Mingəçevirdə 2011-ci ilin sonundan başlayaraq məcburi köçkünlər üçün yaşayış komkompleksi inşa edilirdi. Şəhərcikdə 10 ədəd 9 mərtəbəli bina ilə yanaşı, 480 yerlik məktəb, 50 çarpayılıq uşaq baxçası, klub ictimai mərkəz və inzibati bina tikilib. Ümumilikdə 502 məcburi köçkün ailəsinin yerləşdirilməsi nəzərdə tutulan mənzillərdən 36-sı bir, 259-u iki, 180-i üç, 27-si isə dörd otaqlıdır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər