Gündəliklərdəki rüsvayçı səhvi “Şərq-Qərb” nəşriyyatı buraxıb
16-09-2015, 17:47
Oxunub: 5 420
Xəbər verdiyimiz kimi, orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş gündəliklərdə iki dövlət bayramı tarixi səhv qeyd olunub
Təhsil Nazirliyi də bu “ÇP”-yə münasibət bildirib. Nazirlikdən deyiblər ki, buna görə onlar cavabdehlik daşımır.
Bəs onda rüsvayçılığa bərabər bu xətaya cavabdeh kimdir?
Məktəbli kitabçası, yəni gündəliyin üzərində qeyd olunub ki, o, “Şərq-Qərb” nəşriyyatında çap olunub.
Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Billurə Hacızadə dəvirtualaz.org saytına açıqlamasında bildirib ki, gündəlikdə qeyd olunan detallar nəşriyyatın öhdəsindədir, nazirlik ona nəzarət etmir.
Məsələyə aydınlıq gətirmək üçün “Şərq-Qərb” nəşriyyatı ilə bir neçə dəfə əlaqə saxlasaq da oradan bildirdilər ki, hazırda rəhbərlikdən bununla bağlı danışacaq heç kim yoxdur.
Təhsil eksperti Əjdər Ağayev isə bu fikirdədir ki, buna görə məsuliyyəti nəşriyyat daşıyır: “Bu gün şərait elədir ki, kim hansı rəngdə, hansı formada istəsə gündəlik çap edə bilir. Nəşriyyat gözüyumulu davranmamalıdır. Bəs onun redaktoru, direktoru, korrektoru hara baxır? Heç biri işləmir, amma nəşr üçün pul alırlar”.
Qeyd edək ki, həmin gündəlikdə 9 noyabr – Dövlət Bayrağı günü ilə 18 oktyabr – Dövlət Müstəqilliyi gününün yerləri səhv göstərilib. Dövlət Müstəqilliyi günü kimi 9 noyabr, Dövlət Bayrağı günü kimi isə 18 oktyabr qeyd olunub.
Orta məktəb gündəliklərində 9 Noyabr – Dövlət Bayrağı günü ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi gününün yerləri səhv göstərilib.
Dövlət Müstəqilliyi günü kimi 9 noyabr, Dövlət Bayrağı günü kimi isə 18 oktyabr qeyd olunub.
Təhsil Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik orta məktəb gündəliklərində 9 noyabr – Dövlət Bayrağı günü ilə 18 oktyabr – Dövlət Müstəqilliyi gününün yerlərinin səhv düşməsi ilə bağlı cavabdehlik daşımır.
Nazirlikdən onu da qeyd ediblər ki, bununla əlaqədar olaraq müvafiq araşdırma aparılacaq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər