BolgeXeber.Com » Xəbərlər » Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı 5-ə çatdı-VİDEO

Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı 5-ə çatdı-VİDEO

17-09-2015, 12:43
Oxunub: 3 925 Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı 5-ə çatdı-VİDEOBu gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada ölənlərin sayı artıq 5-ə çatıb

Bunu "qafqazinfo"nun hazırda Sumqayıt şəhər xəstəxanasında olan əməkdaşına növbətçi həkim deyib.

Bu gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada ölənlərin sayı artıq 5-ə çatıb. Bunu hazırda Sumqayıt şəhər xəstəxanasında olan əməkdaşına növbətçi həkim deyib.

Amma bu deyilənlər barədə hələ rəsmi açıqlama verilməyib.

* * * 11:35

Bakı-Sumqayıt yolunda baş vermiş qəzada yaralananların adları məlum olub.

Sumqayıt şəhər Təcili Yardım Stansiyasındanverilən məlumata görə, 1988-ci il təvəllüdlü Baloğlan Ağakişiyev, 1988-ci il təvəllüdlü Cavadov Rövşən Əsgər oğlu, Əhmədov Rəşad, İbadət Allahverdiyeva, Əsmər Məmmədova, Ofeliya Məmmədova, Afiq Paşabəyov. Hələlik kimliyi məlum olmayan üç nəfər xəsarət alıb, 3 nəfər isə ölüb.

* * * 11:18

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib.

Bu barədə APA-ya Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri orada ölüb.

Xəstəxanadan onu da bildiriblər ki, oraya yerləşdirilən digər yaralıların vəziyyəti orta-ağırdır.

* * * 10:27

Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, içərisində sərnişinlər olan "Ford" markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.

Şahidlərin verdiyi məluimata görə, hadisənin baş verməsi nətciəsində ölənlər və yaralananlar var.

Ağır yaralıların xəstəxanalara çatdırıldığı bildirilir.

Hadisə yerində araşdırmalar aparılır.

* * *

Sumqayıt şəhər Təcili Yardım Stansiyasından verilən məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 10 nəfərə yaxın insan yaralanıb.

Yaralılar ağır travmalıdırlar, ayağı kəsilən də var.

Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

* * *

Bu gün Bakı-Sumqayıt yolunda qəzaya uğrayan mikroavtobus qanunsuz sərnişindaşıma ilə məşğul olub.

Bu barədə Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) nümayəndəsi bildirib.

Nümayəndənin sözlərinə görə, DANX məhz bu cür qanunsuz sərnişindaşıma hallarına qarşı mübarizə aparır.

“Bu çox dəhşətli hadisədir. Allah ölənlərə rəhmət eləsin.

Xüsusilə vurğulamaq istəyirəm ki, qəzaya uğramış mikroavtobus qanunsuz sərnişindaşıma ilə məşğul olub. Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti məhz bu kimi hallara qarşı fəal mübarizə aparır.

Qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan bu tipli avtomobillər heç bir standartlara cavab vermir, avtomobillərin texniki vəziyyəti, sərnişindaşımaya uyğunluğu barədə heç bir sertifikatı da yoxdur.

Biz bütün qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan şəxslərə qarşı mübarizəni daha da gücləndirəcəyik, bu kimi hallara yol verənlər mütləq şəkildə cəzalandırılacaq”, - deyə, o, bildirib.
Bolgexeber.com