“Bakubus MMC-yə İTTİHAM
17-09-2015, 16:13
Oxunub: 4 942
“Bakubus MMC-yə məxsus bakubus.az veb saytını mən düzəltmişəm. İşin təfərrüatlarını yazmıram. Ehtiyac olsa, amma ona da keçəcəm. Bir il işin qəbulu yubadıldıqdan sonra işdən imtina etdiklərini dedilər və təbii ki, ödənişin qalan hissəsini etmədilər. Səbəbsə, dəfələrlə mənə verdikləri tapşırıqları yerinə yetirmədiyim göstərildi”.
TİA.AZ xəbər verir ki, bunu Feysbuk səhifəsində Kamran Ata adlı sosial şəbəkə istifadəçisi yazıb. Onun sözlərinə görə, saytla bağlı bütün tapşırıqlar hazır idi: “Kontentlə bağlı düzəlişlər etməyimi istəyirdilər. Onlar da edilmişdi. Dəfələrlə başa salmışam ki, kontent redaktəsi bizlik deyil, idarəetmə panelindən sifarişçi özü istədiyi məlumatı dəyişə bilər.
İndi isə görürəm ki, artıq saytı açıblar, ana səhifəyə bir maket atıblar vəssalam. İç səhifələr isə tam mənim işimdir”.
K.Ata qeyd edib ki, imtina etdiyi işdən istifadəyə görə BakuBus-ı qınayır: “Həmçinin aidiyyəti şəxslərin bu yazını görəcəyinə hardasa əminəm. Zənglərimə cavab versəydilər, bəlkə heç yazmazdım da.
Tərəflərindən bir reaksiya olmasını gözləyirəm hələ də. Media nümayəndələrindən tanıdıqlarınızı da şərhdə qeyd etməyinizi rica edirəm”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər