Bakı sakini nəvələrinə sosial yardım ala bilmir- Şikayət
18-09-2015, 09:48
Oxunub: 2 498
Bakı sakini Rəhimov Feyzulla Tağı oğlu, Xətai rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşı Valeh Qasımovdan şikayətçidir
Şikayətçi bildirib ki, nəvələrinə sosial yardım almaq üçün Valeh Qasımova müraciət etsə də, onun işinə baxılmayıb.
Feyzulla Rəhimov musavat.com-a bildirib ki, dəfələrlə Valeh Qasımovun qəbulunda olsa da, yuxarıda qeyd etdiyimiz məsələ ilə bağlı ona heç bir köməklik göstərilməyib.
Hadisənin səbəblərini öyrənmək üçün Xətai rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş mühasibi Valeh Qasımovla əlaqə saxladıq. V.Qasımovun sözlərinə görə, vətəndaş ona heç bir sənəd təqdim etməyib:
“Feyzulla Rəhimova sosial yardım almaq üçün hansı sənədlər təqdim etməli olduğunu bir-bir izah etdim. O mənə bildirdi ki, oğlumla gələcəm. Ancaq sonra gəlib söylədi ki, oğlumun əqli çatışmazlığı var, məni eşitmir. Bu ailə tam sənədləri toplayıb müraciət etməlidir. Rəsmi müraciət etdikdən sonra, əgər onun sənədlərinə baxılmasa narazılığını bildirə bilər. Ancaq o, şifahi formada bizə müraciət edirsə, nədən şikayət edə bilər?
Birincisi öz oğlu ilə davranışını düzəldə bilmir. İkincisi də, ümumiyyətlə, vətəndaş heç bir sənəd təqdim etmir. Hətta Feyzulla Rəhimova bildirdim ki, sən ağsaqqal adamsan, hər dəfə bura gəlməyinə gərək yoxdur. Oğlunu göndər, mən ona bütün prosedura izah edərəm. Hər kəsin evinə gedib, zorla dəvət etməli deyilik ki. Onlar qeyd etdiyim kimi heç bir sənəd təqdim etməyiblər. Mən ona saatlarla izah etmişəm ki, hansı qaydada sənədlərini təqdim edə bilər. Bütün proseduru dəfələrlə başa salmışam. Bunun üstündən şikayət edirsə, bu sadəcə olaraq haqsızlıqdır”.
Bolgexeber.com
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 26-02-2023, 11:44 : Xocalı Soyqırımından 31 il ötür
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 25-02-2023, 09:30 : Vəziyyət GƏRGİNDİR- Alimlər HƏYƏCAN TƏBİLİ ÇALIR
Sosial / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər