BolgeXeber.Com » Xəbərlər » "Bakılift-təmir" İstehsalat Birliyinin şefi "yuxarıdan gedir"... - İTTİHAM VAR

"Bakılift-təmir" İstehsalat Birliyinin şefi "yuxarıdan gedir"... - İTTİHAM VAR

18-09-2015, 12:04
Oxunub: 3 412 "Bakılift-təmir" İstehsalat Birliyinin şefi "yuxarıdan gedir"... - İTTİHAM VARElə yuxarıda qeyd etdiyimiz mənzil və avtomobilin də, məhz belə yollarla qazandığı pullarla aldığı deyilir

Bilməyənlər üçün qeyd edək ki, aparılan araşdırmalar və yoxlamalar zamanı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki "Bakılift-təmir" İstehsalat.

Birliyinin baş direktoru Qüdrət Şükürovla bağlı heyrətamiz məlumatlar ortaya çıxıb. Məlum olub ki, baş direktorun özünün yox, sürücüsünün "adına" nə az-nə çox, düz 5 milyon manatlıq əmlak var.

DİA.AZ bildirir ki, özü də Bakının mərkəzindəki "Alov qüllələri" kompleksində. İzahat üçün dərhal deyək ki, həm "Alov qüllələri" kompleksində, həm də "Hilton" hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır. Bundan başqa, digər bir məlumatda da qeyd olunur ki, Qüdrət Şükürov öz katibəsinin adına bahalı avtomobil alıb. Maraqlıdır ki, avtomobil nəğd pula alınıb. "Ferrari" markalı avtomobilin 350 min dollar qiyməti var. Doğrudur, həmin superkarın Qüdrət Şükürovun ailə üzvlərindən birinin ad günündə hədiyyə alındığı, diqqət çəkməmək üçün katibənin adına sənədləşdirildiyi də bildirilir. Lakin 350 min dolları nəğd şəkildə ödəmək də hər məmurun işi deyil. Bəs görəsən, sürücüsünün adına 5 milyonluq mənzil, katibəsinin adına 350 min dollarlıq avtomobil alan Q.Şükürov bununla gələcəkdə hər hansısa hadisə baş verərsə, o əmlaklarını bu yolla xilas edə bilərmi? Təkcə, Qüdrət Şükürov deyil, bu taktikadan istifadə edən hər hansısa şəxslər üçün də bu maraqlıdır. Çünki bu hal yeganə fakt deyil. Əksər məmurlar bu və ya digər mülkü alarkən adətən onu başqasının adına rəsmiləşdirirlər. İndi isə, keçək əsas məsələyə. Yəni "Bakılift-təmir" İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov barədə daxil olan şikayətlərə. İddialara görə, Bakı Şəhər İcra Hakimiyyətinin "Lift-Təmir" İstehsalat Birliyinə ayrılmış vəsaitlərin hansı şəkildə xərcləməsi qaranlıq məqamlardandır. Məlumat üçün qeyd edək ki, 2008-ci ildə prezident şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb. Lakin təəssüflər olsun ki, illərdir vəsait ayrılsa da, hazırda şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda təmirsiz, hətta istifadəyə yararsız liftlər var. Daxil olan şikayətlərin əksəriyyətində qeyd olunur ki, köhnə binalardakı liftlərin çoxu baxımsız vəziyyətdədir. Birliyin əməkdaşları nasaz liftləri vaxtında təmir etmirlər. Buna görə də, köhnəlmiş liftlər əhali üçün ölüm kabusuna çevrilməkdədir. Qanunla liftlər il ərzində bir neçə dəfə yoxlanılmalıdır. Əgər texniki şərtlərə cavab vermirlərsə, istismardan çıxarılmalıdır. Lakin görünən odur ki, "Lift-Təmir" İstehsalat Birliyinin rəhbərliyi bu məsələdə üzərinə düşən səlahiyyətləri lazımi səviyyədə icra edə bilmir, yaxud da etmək istəmir. Çünki hazırda texniki cəhətdən yararsız olan, insan həyatı üçün təhlükə yaradan liftlər hələ də istismardadır. İstismar müddətini başa vurmuş liftlərdən istifadə edərkən onun "tros"unun qırılması və alt hissəsinin qopması vətəndaşların hündür mərtəbələrdən zirzəmiyə düşməsinə, faciəvi şəkildə ölümünə səbəb olur.

Liftlərdə baş verən faciələrin bu sahəyə diqqətsizliyin, məsuliyyətsizliyin və keyfiyyətsizliyin göstəricisi kimi göstərmək olar. Ölkəmizdə minlərlə doqquzmərtəbəli binanın olduğunu nəzərə aldıqda təhlükənin nə qədər yüksək olduğu ortaya çıxır. Rəsmi statistikaya əsasən Bakıda 5200-dən çox belə lift var və hər blokda orta hesabla 27 mənzil olduğu götürülərsə, 150 mindən çox ailənin hər gün risk mənbəyi olan köhnə liftlərdən istifadə etdiyini anlamaq olar. Bundan başqa, əldə etdiyimiz digər bir məlumatda qeyd olunur ki, "Bakılift-təmir" İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov ölkəyə gətirilən yeni liftlərin sənədləşməsindən qiymətləri bir neçə dəfə şişirdərək çox göstərir və beləliklə də, qazanc əldə etmiş olur. Bu kimi əməllərlə özünə varidat toplayır. Elə yuxarıda qeyd etdiyimiz mənzil və avtomobilin də, məhz belə yollarla qazandığı pullarla aldığı deyilir.
Bolgexeber.com