BolgeXeber.Com » Xəbərlər » Avropa Məhkəməsi "Azərenerji"ni haqsız çıxardı

Avropa Məhkəməsi "Azərenerji"ni haqsız çıxardı

19-09-2015, 10:32
Oxunub: 4 093 Avropa Məhkəməsi "Azərenerji"ni haqsız çıxardıAvropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı daha bir qərar çıxarıb

Amma bu dəfə söhbət əmək hüququ pozulan bir qrup adamın 2009-cu ildə “Azadenerji" ASC- dən iştən çıxarılmasından gedir.

Vəkil Əsabəli Mustafayev "Azadlıq" radiosuna bildirib ki, o vaxt həmin adamlar məhkəmə yolu ilə işə bərpa edilsə də Azadenerji qərarın icrasından imtina elədi və uzun çəkişmədən sonra müdafiə tərəfi Avropa Məhkəməsinə üz tutmalı oldu.

Vəkil deyir ki, Azərbaycan hökuməti Avropa Məhkəməsi ilə kommunikasiya zamanı işçilərə dəymiş maddi və mənəvi ziyan, habelə hüquqi xidmətə görə kompensasiya ödəniləməsini təklif etdi və müdafiə tərəfi bununla razılaşdı. Məhkəmənin qərarına əsasən 9 nəfərin hər birinə mənəvi ziyana görə 3 min, hüquqi xidmətlərə görə isə 900 avro məbləğində təzminat ödənilməlidir.

Amma vəkil deyir ki, nədənsə Avropa Məhkəməsinin qərarında yalnız mənəvi ziyan və hüquqi xidmətlər üçün kompensasiya nəzərdə tutulur. Çünki hökumət maddi ziyana görə onlara ümumilikdə 150 min ( maaşından asıı olaraq hər bir nəfərə 15-20 min arası) avrodan çox kompensasiya təklif eləmişdi, amma nədənsə məhkəmə bunu nəzərə almayıb və görünür texniki səhvə yol verib.

Əsabəli Mustafayev bununla bağlı yenidən məhkəməyə yazılı müraciət göndərdiyini deyir.

Amma vəkil hesab edir ki, istənilən halda bu qərar göstərir ki, məsələyə ədalətli baxılmayıb və həmin insanların hüquqları pozulub.
Bolgexeber.com