BolgeXeber.Com » Xəbərlər » Bakı-Sumqayıt qatarına “göz dəydi“-Qatar nə az-nə çox düz yarım saat gecikib(FOTO)
Bakı-Sumqayıt qatarına “göz dəydi“-Qatar nə az-nə çox düz yarım saat gecikib(FOTO)
21-09-2015, 11:00
Oxunub: 5 207
Bakı-Sumqayıt qatarları gözlənilən qədər sürətli olmadı
Əvvəlcədən qatarların iki şəhər arasında cəmi 40 dəqiqəyə hərəkət edəcəyi bəyan edilsə də, fəaliyyətə başladığı gündən indiyə qədər mənzil başına 50 dəqiqədən tez çata bilməyib.
Bolgexeber.com milli.az-a istinadən xəbər verir ki, bu gün isə Sumqayıt sərnişin stansiyasında qeyri-punktuallığın pik həddi yaşanıb.
Qatar Sumqayıt stansiyasından 9:00-da yola düşməli olsa da, nə az-nə çox düz yarım saat gecikib.
Saat 9:30-a qədər stansiyada sərnişinlər gözləsə də, qatar gözə dəyməyib.
Qatarın gecikməsi səbəbindən bilet almış sərnişinlər ödədikləri pulun geri qaytarılmasını tələb etsələr də, dəmir yolu stansiyası əməkdaşları bunun mümkün olmadığını bildiriblər və ödənilmiş pulları geri qaytarmayıblar.
Saat 9:30-da stansiyaya yaxınlaşan qatar, yalnız 10 dəqiqə sonra yerindən tərpənib.
Bu vaxt ərzində isə stansiyaya toplaşan sərnişinlər geri qayıdaraq avtobusla Bakıya yola düşüblər.
Xatırladaq ki, 18 sentyabr tarixində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb və qurum Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarılıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər