Daha bir jurnalist həbs edilə bilər
21-09-2015, 16:58
Oxunub: 4 265
Azerbaycaninfo.com saytda təkzib yerləşdirib, üzr istəsə də Afət Həsənova şikayətini geri götürməyib
Son vaxtlar bəzi məmurlar tərəfindən media nümayəndələrinə qarşı təzyiqlər səngimək bilmir. Məmurlar tənqidə dözümsüzlük nümayiş etdirirlər, məsələyə münasibət bildirmək əvəzinə məhkəməyə üz tuturlar. Bu yolla onlar mətbuata məhkəmə yolu ilə basqı edirlər. Bolgexeber.com bildirir ki,məmur basqısı ilə üzləşən jurnalistlərədn biri də Sübut Mehdiyevdir. Belə ki , bu gün Ağcəbədi rayon məhkəməsində Azerbaycaninfo.com informasiya agentliyinin rəhbəri Sübut Mehdiyevin məhkəmə prosesi keçiriləcək. Proses hakim Etibar Quliyevin sədrliyi ilə baş tutacaq. Məsələ ilə bağlı Sübut Mehdiyevlə əlaqə saxladıq. Onun sözlərinə görə, işə əvvəlcə Yasamal rayon məhkəməsi baxsa da, daha sonra hakim prosesdən imtina edib. Bundan sonra iş Laçın rayon məhkəməsinə verilib, lakin onlar da işin icraata götürülməsindən imtina edib. Jurnalist onu da bildirdi ki, qarşı tərəf çıxarılan qərarla razılaşmayaraq, Şirvan şəhər məhkəməsinə appelyasiya şikayəti edib və Laçın rayon məhkəməsinin qərarı ləğv edilib. Cavabdeh şəxsin Ali Məhkəməyə kasassiya şikayəti əsasında isə iş Ağcabədi rayon məhkəməsinə verilib.
Xatırladaq ki, 1 il öncə Quba rayon icra başçısının müavini Afət Həsənova Sübut Mehdiyevi xüsusi ittiham qaydasında məhkəməyə verib və uzun müddətdir ki, məhkəmə prosesi davam edir. Məhkəmə çəkişməsinə səbəb isə bəzi saytlarda Afət Həsənova haqqında yazılmış yazıların Azerinews.tv saytına istinadən Azerbaycaninfo.com saytında əməkdaşlar tərəfindən yerləşdirilməsi olub. Daha sonra Azerbaycaninfo.com saytda təkzib yerləşdirib, üzr istəsə də Afət Həsənova şikayətini geri götürməyib .
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər