Aslan İsmayılov Sabunçu icra başçısını daha bir sənədlə ifşa etdi - Fotofakt
21-09-2015, 13:35
Oxunub: 2 692
Məşhur vəkil Aslan İsmayılov Sabunçunun icra başçısı Adil Vəliyevin qanunsuz əməllərini ifşa edən daha bir sənədi yaymışdır
Bolgexeber.com olaraq bu sənədi sizə təqdim edirik!
"Keçən yazılarımda qeyd etmişdim ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsənin Mədəniyyət küçəsində çoxlu sayda sakinlərin, uşaqların istirahət etdiyi park olub. Parkı, "Heydər Əliyev fondunun təşəbbüsü ilə bərpa işləri" adı altında hasarladan, Sabunçu Rayonu İH Başçısı Adil Vəliyev açılışı şəxsən özü edir və sakinlərin səbirsizliklə gözlədikləri, böyük bir ərazidə olan yeganə istirahət məkanı A.Vəliyevin növbəti obyektinə, "Şəhrizad" uşaq bağçasına çevrilir. Parkın ərazisində yaradılan bağçada bir uşaqın həftənin beş günü üçün aylıq ödəmə haqqı 350 AZN-dir (bu faktı bağçadan bildiriblər).
Dünən əldə etdiyim sənəddən görünür ki, İH Başçısının birinci müavini Güloğlan Məmmədov vətəndaşa cavab olaraq bildirir ki, sözü gedən Bağça Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış layihə əsasında, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş rəy və digər təşkilatlarla razılaşdırılmaqla inşa olunaraq uşaq bağçası kimi fəaliyyət göstərir. Əlavə olaraq bildirir ki, SİZ QEYD OLUNAN ƏRAZİDƏN HAZIRDA İSTİRAHƏT MƏQSƏDİ İLƏ İSTİFADƏ EDƏ BİLƏRSİZ.
Həmin ərazidə yaşayan bütün Vətəndaşlardan xahiş edirəm ki, rəsmi sənədə əsaslanaraq həmin parkdan istirahət məqsədi ilə istifadə etsinlər. Buna maneə yarandıqda baş verənləri qeydə alaraq (foto, video) ictimailəşdirsinlər (mənə yaxud istənilən kütləvi informasiya vasitələrinə yollasınlar).
İcra Hakimiyyəti rəsmilərindən isə xahiş edirəm ki, Bağçanın tikintisi ilə bağlı mövcud olan bütün sənədləri açıqlasınlar. Həqiqətənmi, Heydər Əliyev Fondu insanların istirahət yeri olan parkın zəbt olunaraq özəl bağçaya çevrilməsində təşəbbüskar olubdur?"
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər