BolgeXeber.Com » Xəbərlər » Türk zabiti üçün Vətən sevgilisindən vacibdir … (video)

Türk zabiti üçün Vətən sevgilisindən vacibdir … (video)

21-09-2015, 14:56
Oxunub: 3 356 Türk zabiti üçün Vətən sevgilisindən vacibdir … (video)Türkiyədə qeyri-adi toy mərasimi keçirilib

Türkiyədə 25 yaşlı zabit Əhməd Karavelioğlu hərbi hissədən izin ala bilmədiyi üçün öz toyunda iştirak edə bilməyib.

Oxu.Az xəbər verir ki, “Sözcü” nəşrinin bildirdiyinə görə, bəyin olmamasına baxmayaraq gənclərin valideynləri toyu keçirmək qərarına gəliblər.

Belə ki, onlar bu mərasimə uzun müddət hazırlaşmış və bütün qohumları toyun tarixi barədə xəbərdar etmişdilər.

Bəysiz toyda hətta gəlin də rəqs edib, onun gözləri zaman-zaman yaşla dolub, çünki sevdiyi insan bu önəmli gündə yanında deyildi.

Bəyin valideynləri bəyan ediblər ki, onların oğlu Hakkaridədir, öz toyuna gələ bilməyib. Belə ki, kürd qiyamçıları ona evə gələrkən yolda zərər verə bilərdilər.
Bolgexeber.com